"Halal" ət məhsullarının istehsalı qadağan olunacaq"

15:53 | 05.03.2014
"Halal" ət məhsullarının istehsalı qadağan olunacaq"

"Halal" ət məhsullarının istehsalı qadağan olunacaq"

 «Azərbaycanda bəzi kolbasa istehsalçıları məhsullarının üzərinə «Halal» yazaraq, istehlakçılara yalan məlumat verirdilər. Biz də bununla bağlı qərar qəbul etdik».«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib. Onun sözlərinə görə, artıq bundan sonra «Halal» ət məhsulları istehsal edən müəssisələr öz məhsullarını şəriət qaydalarına və «Halal» standartlarına uyğun istehsal edəcək. Əks halda, bu məhsulun istehsalı qadağan ediləcək. Komitə sədri qeyd edib ki, bununla bağlı Komitəyə artıq müraciətlər daxil olub: «Bu proses çox uzun çəkir və məsələ 3-5 günə həll oluna bilməz. Bu standartın verilməsi üçün Komitə əməkdaşları kolbasa və digər məhsulların istehsalını izləməlidirlər. Onların bu sahədə böyük təcrübələri var, xaricdə təcrübə keçiblər. Buna görə də Komitə artıq «Halal» standartının tətbiqinə başlamağa hazırdır». R.Həsənovun sözlərinə görə, artıq «Halal» brendli məhsullar istehsal edən bütün müəssisələr «Halal» standartının alınması üçün Komitəyə müraciət edib: «Hazırda onların müraciətinə baxılır».  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb