"Mançester Yunayted"in baş məşqçisi rəsmən müəyyənləşdi

22:55 | 19.05.2014
"Mançester Yunayted"in baş məşqçisi rəsmən müəyyənləşdi

"Mançester Yunayted"in baş məşqçisi rəsmən müəyyənləşdi

"Mançester Yunayted" klubunun yeni baş məşqçisinin kimliyinə rəsmən aydınlıq gəlib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni mövsümdən komandanı Lui van Qal çalışdıracaq.

Hazırda Hollandiya yığmasında baş məşqçi vəzifəsini yerinə yetirən 62 yaşlı mütəxəssis "Mançester Yunayted"lə 3 illik müqavilə imzalayıb. O, Braziliyada keçiriləcək dünya çempionatından sonra "qırmızı şeytanlar"ın sükanı arxasına keçəcək. Van Qalın köməkçisi isə komandanın oynayan-məşqçisi Rayan Giqqz olacaq.

Qeyd edək ki, hollandiyalı mütəxəssis "Mançester Yunayted"in baş məşqçi vəzifəsində Devid Moyesi əvəzləyəcək. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb