"Mançester Yunayted"in yeni kapitanı da bəlli oldu

10:43 | 20.05.2014
"Mançester Yunayted"in yeni kapitanı da bəlli oldu

"Mançester Yunayted"in yeni kapitanı da bəlli oldu

"Mançester Yunayted" klubunun baş məşqçisi ilə yanaşı, yeni kapitanı da müəyyənləşib.Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Nemanya Vidiçin "İnter"ə getməsindən sonra kapitanlıq sarğısı Robin van Persiyə həvalə olunub.Bu barədə qərarı komandanın yeni baş məşqçisi Lui van Qal verib. Hollandiyalı mütəxəssis yeni mövsümdən "Mançester Yunayted"i meydana kapitan kimi məhz həmyerlisinin çıxaracağını bildirib:"Van Persinin hazırkı formasından razıyam. Həmçinin o, möhtəşəm bir kapitandır. Bu da bizim üçün çox önəmlidir. Bir oyunçuya kapitanlıq verdiyiniz zaman onun futbol fəlsəfəsinə müsbət təsir etmiş olursunuz. İnanıram ki, van Persi mənimlə eyni fəlsəfəyə malikdir".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb