"Sədərək"də yanğın - FOTOLAR

10:37 | 21.07.2014
"Sədərək"də yanğın - FOTOLAR

"Sədərək"də yanğın - FOTOLAR

Bu gün səhər saatlarında Sədərək Ticarət Mərkəzində yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilnə əmlumata görə, hadisə ticarət mərkəzinin 3-cü sıra, 7-ci korpusunda baş verib. 

 

Hadisə nəticəsində ümumi sahəsi 163 kv.m olan 5 mağazanın yanar konstruksiyaları, lambirdən ibarət tavanı və içərisində olan mallar 12 kv.m sahədə yanıb. Hadisə yerinə 5 yanğınsöndürən cəlb olunub.

 

Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 07:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Xoşbəxtlikdən yanğında xəsarət alan olmayıb.

 

İlkin ehtimala görə, hadisə elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib.

 

Faktla bağlı araşdırma aparılır. (ANS)

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb