Ramiz Mehdiyev səhhətinin pisləşməsi xəbərini təkzib edib - Yenilənib

10:37 | 04.03.2024
Ramiz Mehdiyev səhhətinin pisləşməsi xəbərini təkzib edib - Yenilənib

Ramiz Mehdiyev səhhətinin pisləşməsi xəbərini təkzib edib - Yenilənib

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyev  bu gün mətbuatda yayılan səhhətin pisləşməsi ilə bağlı xəbəri təkzib edib. Bu barədə o unikal.az saytına açıqlama verib. 
 
"Mənim səhhətimdə heç bir problem yoxdur. "Check-up” müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir ya iki dəfə baş verən bir haldır.Başqa heç bir yerə getməmişəm. Məgər, mən İsrail tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun”, - o bildirib. 
 
 
 
10:01
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problem yarandığı deyilir. Bu barədə Gununsesi.info məlumat verib. 

Bildirilib ki, sabiq PA rəhbəri bir neçə gün əvvəl səhhətində yaranmış problemə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.


Həkim müdaxiləsinə baxmayaraq, onun vəziyyəti daha da ağırlaşıb.

Bir sutka həkim nəzarətində qalan Mehdiyevi ailəsinin istəyi ilə özəl təyyarə ilə İsrailə aparıblar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb