Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib - VIDEO

13:43 | 05.03.2024
Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib - VIDEO

Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib - VIDEO

Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədr seçilib. Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə konfransındakı qərarda bildirilib.

Rasim Balayev bildirir ki, bizi yaşadan kinodur. 
 
"Biz mənəviyyat adamıyıq. Biz vaxtilə ac və susuz qalmışıq. Mənim ayağımda indi problemlər var. Bunun hamısı kinodan olub. Biz sağlamlığımızı vermişik. Bu gün məndən  hər gün soruşulur ki, nə oldu kino? Mən mənəvi əzab çəkirəm. Mən heç nə deyə bilmirəm. Çünki, nə baş verdiyini bilirəm. Bu gün heç kimi günahlandırmaq olmur. Çox təəssüf ki, yeni stuktur düşünülmədi.  Azərbaycan kinosu xəstədir. Mən inanıram ki, Azərbaycan kinosu öz relsinə düşəcək. Sənətkarlar dünyasını dəyişsə, yeniləri gəlsə də, Azərbaycan kinosu bir sənətdir ", - o, martın 5-də keçirilən Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə konfransında deyib.
 
 

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb