• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə lirəsinin devalvasiyası davam edəcək - PROQNOZ

Türkiyə lirəsinin devalvasiyası davam edəcək - PROQNOZ
09.09.2015 15:12
Böyük Britaniyanın "Ebury Partners" investisiya şirkəti Türkiyə milli valyutasının (lirə) 2015-ci ilin sonuna qədər daha 2,3% zəifləyərək ABŞ dollarına nizbətdə 3,10 TRY/USD-yə çatacağını ehtimal edir. Qeyd edək ki, "Bloomberg"agentliyinin 39 valyuta təhlilçisi arasında apardığı monitorinqin nəticələrinə əsasən, son bir ildə məhz "Ebury Partners" investisiya şirkəti türk lirəsi üçün ən dəqiq proqnoz verən təşkilat olub.

"Report"un analitik qrupu qeyd edir ki, türk lirəsindəki zəif tendensiya yaxın bir ildə davam edəcək. Türkiyə hökümətinin son parlament seçkilərindən sonra formalaşa bilməməsi nəticəsində yenidən seçkilərin keçirilməsi qərarının verilməsi, ölkənin şərqində ölüm halları ilə nəticələnən terror hadisələri, Çindəki iqtisadi vəziyyət, ABŞ-da uçot dərəcəsinin ilin sonuna qədər artırılması gözləntiləri Türkiyə kimi inkişaf etməkdə olan (emergency markets) ölkələrin maliyyə bazarlarından sərmayənin çıxması prosesinin davam etməsi lirənin ilin əvvəlindən kəskin zəifləməsinə səbəb olub. Belə ki, 2015-ci ilin əvvəlində 2,33 TRY/USD olan məzənnə artıq 3 dollar həddini keçib. Nəticədə, milli valyuta bu il 30% devalvasiya olub.

"Report"un ekspertləri noyabrda keçırılməsi planlaşdırılan təkrar seçkilərdən sonra yenidən təkbaşına iqtidar partiyasının qalib çıxmasının çətin olacağını proqnozlaşdırlar. ABŞ Federal Ehtiyyat Sisteminin (FES) uçot dərəcəsini isə bu ay artırılacağı ehtimal olunur. Bu, dünya valyuta bazarında dolları daha güclənməsinə səbəb olacaq. Bu iki amil Türkiyədə dolların məzənnəsini 3,20-3,30 TRY/USD səviyyəsinə artıra bilər.

Məzənnənin yüksəlməsinə səbəb olaqn daha bir amil Türkiyənin yüksək kəsirə sahib olan xarici ticarət balansıdır. Türkiyə Mərkəzi Bankı məzənnənin artması ilə idxalın azalacağını və ixrac potensialının yüksələcəyini düşünür. Məzənnənin yüksəlməsinə bir başqa səbəb də Türkiyə maliyyə və kapital bazarlarından "isti" pulların inkişaf etmiş, daha az riskli ölkələrə istiqamətlənməsidir. Xüsusilə ABŞ-da uçot dərəcəsinin artması ilə sərmayənin bu ölkəyə axması ehtimal edilir. ABŞ-ın isə uçot dərəcəsini tədricən, yaxın 5-8 ildə artıracağı proqnozlaşdırıldığı üçün inkişaf etməkdə olan ölkələri, xüsusilə Türkiyə kimi likvidlik problemi olan maliyyə bazarlarını bu müddət ərzində çətin sınaq gözləyir. Nəticədə, TRY/USD məzənnəsinin mərhələli şəkildə yüksələcəyi proqnozlaşdırılır. Bu proses "isti" pulların inkişaf etməkdə olan bazarlara dönəcəyi tarixə qədər davam edəcək.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol