• $
  • €
  • ₽
  • ₺
  • £

“Aviabiletlərin qiymətinin aşağı salınması turizm sahəsinə öz təsirini göstərəcək” – Nazir müavini

“Aviabiletlərin qiymətinin aşağı salınması turizm sahəsinə öz təsirini göstərəcək” – Nazir müavini
09.09.2015 16:30
"Biz dünya praktikasına uyğun olaraq elektron vizaların verilməsi, hotellərin tikilməsi, həm də aviabiletlərin qiyməti haqqında təkliflər paketini hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmişik. İnanırıq ki, bizim təkliflərimiz reallaşdıqdan sonra ölkəmizə gələn turistlərin sayı artacaq”. 

Bu sözləri mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov "Caspian European Club"da jurnalistlərin suallarını cavablandırarkən deyib.

ANN.Az xəbər verir ki, hazırda ölkədə fəaliyyət göstərən 60-dan çox turizm şirkəti elektron viza xidmətindən istifadə edir.

Hotellərin qiyməti məsələsinə toxunan nazir müavini qeyd edib ki, bu məsələ bazar tərəfindən tənzimlənir: "Və burada sahibkarların üzərinə məsuliyyətli iş düşür ki, onlar öz peşə vəzifələrini yerinə yetirərək qiymətlərin tənzimlənməsindən nəticələr çıxarsınlar. Təbii ki, bu qiymətlərin formalaşmasında tələb və təkliflər əsas rol oynayır. Harada peşəkarsızlıq və maya dəyəri üzərinə əlavə dəyərin düzgün hesablanmaması varsa, biz konsultasiyalar təşkil etmişik və bununda nəticəsində hotellərdə yenidən qiymətləndirmə aparılıb. Amma yenə də deyirəm, dövlət olaraq biz bu sahədə müzakirələrimizi davam etdirməli, Mədəniyyət və Turizm Nazirliyi olaraq  öz təkliflərimizi irəli sürəcəyik”.

İndiyə qədər irəli sürülən təkliflərə toxunan Nazim Səmədov onlardan bəzilərini sadalayıb: "Həm vergi güzəştlərində, həm sahibkarlar tərəfindən çəkilən xərclərin dövlət tərəfindən qarşılanması təklifi irəli sürülüb. Həm də 2 və 3 ulduzlu hotellərə diqqətin artırılmasını vacib saymışıq.

Nazir müavini qeyd edib ki, turizm sahəsində bahaçılığı iki şərt əmələ gətirir:aviabilrtlərin və hotellərin qiymətləri: "Aviabiletlər sahəsində müəyyən güzəştlər edildi, bu da turizm sahəsində irəliləyişlərin olacağından xəbər verir. Mehmanxanalarla bağlı müəyyən işlər görmüşük və dünya praktikasında bu cür turizmi inkişaf etdirən ölkələrdə vergi güzəştləri tətbiq edilir. Və ölkəmizdə artıq bu sahədə işlər görməyində vaxtı çatıb”.

Hazırda 15 min vizaların verilməsinin rəsmiləşdirildiyini deyən Nazim Səmədov faktiki olaraq gözləmək üçün  5-7 gün vaxt çəkdiyini vurğulayıb: "Bu il ölkəmizə daha çox 4 ölkədən turist gəlib: Rusiya, Gürüstan, Türkiyə, İran. Bizim statistikamız da bu 4 ölkədən asılıdır. Və təbii ki, bu ölkələrdə baş verən proseslər turist axınına təsirini göstərir. Bildiyiniz kimi, Rusiyada iqtisadi böhran var. Bu da turizm sahəsinə öz təsirini göstərir. Turizm sahəsi elədir ki, böhran ilk növbədə ona təsir edir. 9 ay ərzində ölkəmizə 1 milyona yaxın turist gəlib. Amma 10 faizə yaxın azalma müşahidə edilib. Azalma ən çox Rusiya və Gürcüstandan gələn turistlərin sayında müşahidə olunub. Amma digər ölkələr məsələn İran körfəzi ölkələri, Avstraliya, hətta Afrika ölkələrindən gələn turistlərin sayında artım müşahidə edilib. Amma bu artımı o azalma ilə müqayisə etmək düzgün olmaz. Çünki bayaq sadaladığım 4 ölkə bizim turizm sahəsinin 95 faizini əhatə edir. Biz bu sahədə olan azalmaya hazır idik. Çünki dünya bazarında neftin qiyməti düşüb və belə halla biz artıq 2008-ci ildə rastlaşmışdıq. Necə deyərlər, biz bu azalmayaq hazırıq”.

Orxan Aslanlı


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol