• $
  • €
  • ₽
  • ₺
  • £

“AZAL-a müraciət edən turizm şirkəti yox dərəcəsindədir” – Eldar Hacıyev

“AZAL-a müraciət edən turizm şirkəti yox dərəcəsindədir” – Eldar Hacıyev
09.09.2015 17:23
"AZAL avqust ayından etibarən yeniliklərini davam etdirir. Yeni xidmətlər əsasında yeni  "Embraer”  tipli təyyarələr aşağı büdcəli səfərləri yerinə yetirməyə başlayıb. İnanırıq ki, bu turizmin inkişafına dəstək rolunu oynayacaq. Əfsuslar olsun ki, Azərbaycanda turizm düzgün anlaşılmır, yalnız turist olaraq vətəndaşların xaricə aparılması başa düşülür və Azərbaycan Hava Yollarına da bu səbəbdən müraciət edirlər” -  
ANN.Az xəbər verir ki, bu sözləri AZAL-ın sərnişindaşıma şirkətinin direktoru Eldar Hacıyev  "Caspian European Club”-da keçirilən biznes-forumda deyib.

Şirkət direktoru qeyd edib ki,  AZAL-a Azərbaycana turist gətirmək üçün müraciət edən turizm şirkətləri çox məhdud saydadır: "Demək olar ki, yox dərəcəsindədir. Təbii ki, mən Mədəniyyət və Turizm Nazirliyini, Turizm Assosiasiyasını, həm turizm işində çalışan, turizm şirkətlərini bizim yeni xidmətlərdən istifadə etməyə dəvət edirəm. AZAL hazırda "Bakı- İstanbul-Bakı” istiqamətində hər gün, bir tərəfə cəmi 99 avro qiymətində (bütün vergilər daxil) səfərlər yerinə yetirir. Hesab edirəm ki, bu da bu gün üçün cazibədar qiymətlərdən biridir. Oktyabr ayının sonundan başlayaraq "Bakı- Moskva – Bakı” və "Bakı- Dubay- Bakı” istiqamətində də bu tipli səfərləri yerinə yetirəcəklər. Bundan əlavə bizim yerinə yetirdiyimiz klassik reyslərlə əlaqədar olaraq Azərbaycana turist gətirmək istəyən şirkətlər bizə müraciət edərlərsə və özəl şərtlər irəli sürərələrsə, böyük məmnuniyyətlə həmin şirkətlərin yanında olacayıq”.

Orxan Aslanlı



www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol