• $
  • £

Çingizxan əsgərlərin paltar və qab yumasına niyə icazə vermirdi?

Çingizxan əsgərlərin paltar və qab yumasına niyə icazə vermirdi?
13.08.2019 21:46
Monqol İmperiyasının məşhur hökmdarı və sərkərdəsi Çingizxan tələbkar adam sayılırmış.
O, orduda müəyyən qadağaların tərəfdarı kimi tarixdə qalıb. Məsələn, böyük sərkərdə əsgərlərə paltar və qab yumağa icazə vermirdi.
Bizimyol.info xəbər verir ki, "Durnalar və cırtdanlar” kitabının müəllifi Leonid Yuzefoviç belə iddia edir. Onun yazdığına görə, Çingizxan qadağalara əməl etməyənləri sərt cəzalandırırmış. Hətta ölümə məkhum edirmiş.
Andrey Qribovun "Çingizxanın Böyük Yasası” kitabında qadağalar, qaydalar haqda daha müfəssəl yazılıb. Hökmdar qanunlar toplusunu 1206-cı ildə hazırlatdırmışdı. Çingizxan bununla təhlükəsizlik və sakitliyi təmin etmək istəyini ortaya qoymuşdu.
Çingizxan düşünürdü ki, qadağalar çox olduqca imperiya daxilində həyat da daha təhlükəsiz xarakter alacaq. Qadağaların arasında yemək bişirilən odun üzərindən tullanmaq, kiçik təbii ehtiyacını su, kül olan yerdə etmək də vardı. Tarixçi Bertold Şpulerin yazdığına görə, axırıncı səhvə görə ölümlə cəzalandırılmaq mümkün idi. Şpuler paltar və qab yumağın da əsgərlər üçün çox təhlükəli olduğunu hesab edir.
Ümumiyyətlə, Monqol İmperiyasında suyun və odun təhqir olunması bağışlanmaz idi. İmperiyanın əhalisi möhkəm inanırdı ki, tanrılar belə günahları əfv etmir. Monqollar qab-qacağı çirkli saxlamaqdan da qorxurdu. Uşaqları doğuluşunun ilk 28 günündə cəmi 4 dəfə çimizdirirdilər.
Tarixçi Feliks Krivin yazır ki, monqol əsgərləri paltarlarını əyinlərində cırılana qədər dəyişmirdi. Qabları ya otla, ya da peyinlə silirdilər.
Monqollar şimşəkdən çox qorxurmuş. Şimşək çaxanda hesab edirlərmiş ki, kimsə paltar yuyub, bunun cəzasıdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu- Ölkəyə gətiriləcək
Dünya 12:15
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu- Ölkəyə gətiriləcək
Rusiya ordusu Odessa vilayətində elektrik yarımstansiyasını vurub
Dünya 10:51
Rusiya ordusu Odessa vilayətində elektrik yarımstansiyasını vurub
Hamilə qadınların ABŞ-yə girişi məhdudlaşdırıla bilər
Dünya 23:56
Hamilə qadınların ABŞ-yə girişi məhdudlaşdırıla bilər
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır - Vens
Dünya 23:15
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır - Vens
Çində zəlzələ olub
Dünya 22:46
Çində zəlzələ olub
İndoneziyada 1700-dən çox şəxs məktəbdə verilən pulsuz nahardan zəhərlənib
Dünya 22:30
İndoneziyada 1700-dən çox şəxs məktəbdə verilən pulsuz nahardan zəhərlənib
Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 10-a çatıb
Dünya 21:16
Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 10-a çatıb
Norveçin səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 19:29
Norveçin səfiri Rusiya XİN-ə çağırılıb
Rusiya Qara dənizdə 2 yük gəmisini vurub
Dünya 19:00
Rusiya Qara dənizdə 2 yük gəmisini vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol