• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: “Sərt karantin rejiminin davam etdirilməsi ən doğru qərar olacaq”

Deputat: “Sərt karantin rejiminin davam etdirilməsi ən doğru qərar olacaq”
30.06.2020 11:37
"Təəssüf ki, bu gün koronavirusa yoluxma sayı həndəsi silsilə ilə artmaqdadır. Statistik məlumatlara baxsaq, karantin rejiminin yumşaldılmasından sonra yoluxma sayı 50 faiz artıb”.

Bu sözləri Oxu.Az-a açıqlamasında əhalinin karantin rejimi qaydalarına riayət etməsi, qoruyucu vasitələrdən istifadənin zəruriliyi və ölkədə koronavirusa yoluxma hallarının azalaması istiqamətində həyata keçirilən tədbirlərin vacibliyinə münasibət bildirən millət vəkili Kamilə Əliyeva deyib.

O bildirib ki, ölkədə karantin rejiminin yumşaldılmasına qədər koronavirusa yoluxma sayı kifayət qədər nəzarətdə saxlanılırdısa, yumşaldılmadan sonra əhali arasında məsələyə laqeyd yanaşma müşahidə olundu:

"Əhali arasında biganəlik yoluxma sayının artmasına səbəb olan amillərdəndir. İnsanlar sanki virusun bir anda yox olduğunu düşünüb, ictimai yerlərdə maskasız gəzməyə başladılar. Zərurət olmadan küçəyə çıxan şəxslər, sosial məsafəni saxlamayan insanlar nəinki özlərini, eləcə də digərlərinin həyatını riskə atmış olurlar. Bununla birlikdə mübarizə aparmaq lazımdır”.

Millət vəkili bildirib ki, bugünkü vəziyyəti nəzərə alaraq, sərt karantin rejiminin davam etdirilməsi ən doğru qərar olacaq:

"Təbii ki, bu istiqamətdə qərarlar operativ qərargah tərəfindən verilir. Lakin bu gün yoluxma sayında heç bir azalma müşahidə olunmursa, əksinə, artım dinamikası varsa, eləcə də sağalanlarla yoluxanların sayı arasında böyük fərq mövcuddursa, demək, biz hələ də qaydalara ciddi riayət etmirik. Təəssüf ki, bu, ayrı-ayrı şəxslərin sağlamlığı deyil, bütün cəmiyyətin sağlamlığı kimi düşünülməlidir. Maska taxmaq həyat tərzimizə çevrilməlidir. Vaksin, birəbir dərman preparatları yoxdursa, tək yolumuz sağlamlığımızı müdafiə etməkdir. Əks təqdirdə, bizi çox böyük təhlükə gözləyir.

Çünki bu gün qarşıya qoyulan əsas məqsəd yoluxma tempini azaltmaqdır. Əks halda, xəstəxanalarda yerlər dolacaq. Süni tənəffüs aparatları ilə bağlı çətinliklər yaşanacaq. Eləcə də, tibbi personal, həkimlərimiz də kifayət qədər ciddi problemlərlə qarşılaşa bilərlər. Odur ki, müalicəyə minlərlə manat xərcləmək əvəzinə, 30 qəpik pul verib maska almaq daha yaxşıdır”.

"Cərimə məbləğinin artırılması vətəndaşları daha məsuliyyətli olmağa sövq etmək üçündür. Mən cərimələrin artırılmasını dəstəkləyirəm. Bildiyiniz kimi, cərimə məbləğləri artırıldı. İnsanlar ikiqat cərimələnəcəyini bilsə, daha məsuliyyətli olacaq. Bəlkə belə olan halda onlar karantin qaydalarına riayət edərək, zərurət olarsa, SMS vasitəsilə küçəyə çıxar. Hər kəs bilməlidir ki, maskanı taxmaq tək onun deyil, ətrafdakı insanların həyatı, sağlamlığı üçün vacibdir”, - deyə millət vəkili qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polkovnik Əflatun Məmmədov həbs edilib
Cəmiyyət 23:30
Polkovnik Əflatun Məmmədov həbs edilib
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Cəmiyyət 23:20
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:03
Bu ərazilərdə işıq olmayacaq
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Cəmiyyət 21:26
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Zirzəmidə köməksiz qalan şəxs xilas edilib - Video
Cəmiyyət 20:11
Zirzəmidə köməksiz qalan şəxs xilas edilib - Video
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb
Cəmiyyət 19:48
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb
Ağdam narı ilk dəfə Avropa bazarlarında satışa çıxarılacaq
Cəmiyyət 18:48
Ağdam narı ilk dəfə Avropa bazarlarında satışa çıxarılacaq

Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:33
Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
Cəmiyyət 16:42
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol