• $
  • €
  • ₽
  • ₺
  • £

Neft-qaz sektorunda idarəçilərin məvacibi azalıb

Neft-qaz sektorunda idarəçilərin məvacibi azalıb
27.11.2020 22:00
Bu il neft-qaz şirkətlərinin rəhbər şəxslərinin (prezident, baş direktor və s.) məvacibi orta hesabla ötən ilə nisbətən 15 faiz azalaraq 2,79 milyon ABŞ dolları təşkil edir.

Anews.az xəbər verir ki, "Forbes” dərgisi tərəfindən hazırlanmış idarəçiləri ən çox məvacib aldıqları 12 sektorun reytinqində 2006-ci ildən bu yana olan məvaciblər təhlil olunur. Reytinqə görə, ikinci yerdə ağır sənaye idarəçiləri (1,87 milyon dollar), üçüncü yerdə telerabitə şirkətləri (1,31 milyon dollar) gedir.
Ötən 14 il ərzində yalnız 2007-ci ildə neft-qaz şirkətləri sərmayə bankları tərəfindən liderlikdən məhrum edildi. O zaman İPO və M & A sövdələşmələrinin geniş vüsət alması nəticəsində sərmayə bankları böyük gəlirlər əldə edirdi, idarəçilərinin orta məvacibi 3 milyon ABŞ dollarına çatmışdı, halbuki neft sənayesində bu göstərici 2,4 milyon dollardır.

Hazırda sərmayə banklarının rəhbərləri 1 milyon dollarlıq orta məvaciblə 1,05 milyon dollarlıq göstəriciyə malik kommersiya banklarından sonra reytinqdə 5-ci yerdədir.

Bu il idarəçilərinin orta məvacibində daha çox artım nəqliyyat (8 faiz), ağır sənaye (5 faiz), əczaçılıq (3 faiz), telerabitə (2 faiz) sektorlarında qeydə alınıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!

"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Zahid Oruc pulsuz hüquqi yardım sistemində üç dəyişiklik təklif edib
İqtisadiyyat 12:00
Zahid Oruc pulsuz hüquqi yardım sistemində üç dəyişiklik təklif edib
Mikayıl Cabbarova müşavir təyin edilib
İqtisadiyyat 11:47
Mikayıl Cabbarova müşavir təyin edilib
Əli Əsədov: Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 9 ayda 42% artıb
İqtisadiyyat 10:42
Əli Əsədov: Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 9 ayda 42% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol