• $
  • €
  • ₽
  • ₺
  • £

"Real Madrid" Mbappe, Poqba və Holannı heyətinə qatmaq istəyir

03.09.2021 20:00
İspaniyanın "Real Madrid" klubu heyətini ciddi şəkildə gücləndirməyi planlaşdırır. Klub rəhbərliyi Fransanın "Pari Sen-Jermen” klubunun hücumçusu Killian Mbappeni, Almaniyanın "Borussiya” (Dortmund) komandasının hücumçusu Erlinq Holannı və İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Pol Poqbanı heyətinə qatmaq istəyir.

Bu barədə "Marca” xəbər yayıb.

Məlumata görə, əgər Poqba və Mbappe hazırkı klubları ilə yeni müqavilələr haqqında razılaşmasalar, 2022-ci ilin yayında azad agent olacaqlar.

Holannın "Borussiya" ilə müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Bildirilir ki, "Real Madrid" danışıqlarda problemlərin yaranmayacağına ümid edir, çünki klub "Borussiya” ilə yaxşı münasibətlərə malikdir.
"Transfermarkt” portalının məlumatına görə, Holannın transfer qiyməti 130 milyon, Mbappenin qiyməti 160 milyon, Poqbanın qiyməti 60 milyon avro təşkil edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
İdman 20:04
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol