• $
  • €
  • ₽
  • ₺
  • £

“Gizlətməyəcəm, onun qoluna daha çox sevinirəm” - Qurban Qurbanov

“Gizlətməyəcəm, onun qoluna daha çox sevinirəm” - Qurban Qurbanov
21.10.2021 23:35
"Futbolçularımı təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynadıq”.

Anews.az  xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin III turunda "Kayrat”la keçirilən oyun barədə danışarkən deyib:

"Rəqib standart vəziyyətlərdən yaxşı yararlanan kollektivdir. Hücumlara çox tez çıxırdılar. İlk yarıda onlar, ikinci hissədə isə biz onlara çətinliklər yaratdıq.

Bu gün futbolçuların daha istəkli olduğunu gördüm. Möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Onların yanımızda olması futbolçulara güc verdi. Hər birinə təşəkkür edirəm”.
49 yaşlı mütəxəssis qrupdan çıxmaq şanslarını dəyərləndirib:
"Bizim qarşıdakı 3 oyundakı hədəfimiz 9 xaldır. İki səfər oyunumuz qalıb. Rəqiblər həddindən artıq ciddi yanaşacaqlar. Bu turnirdə və 3 xallıq sistemdə arxayınlaşmaq olmaz.

Rəqibin "Bazel”ə 2:4 hesabı ilə uduzması bizi aldatmalı deyil. Bakıda daha yaxşı oynadılar. Qrupdakı hər üç xal bizim üçün üstünlükdür. Qarşıdakı oyunlara ciddi yanaşmalı və inamımızı artırmalıyıq. Oyunçular daha peşəkar olmalıdırlar”.

Qurbanov rəqiblərin müdafiədən oynamasının onlara çətinlik yaratdığını söyləyib:
"Oyunu adətən rəqib zonada qurmaq istəyirik. Hər halda futbolçularımız belə olanda daha tez böyüyürlər. Biz hücumda olanda da müdafiəni düzgün qurmalıyıq. Arxa xətdəki oyunçulardan çox şey asılıdır". 

Təcrübəli baş məşqçi görüş ərzində səbirli olduqlarını sözlərinə əlavə edib:
"Mən oyunçulara da deyirdim ki, öz oyunumuzdan əl çəkməyək. Müdafiə olunan komanda təzyiq çox olanda səhvlərə yol verir. Biz sonadək mübarizə aparmalıyıq. 3:0 öndə olsaq belə, tempi qorumalıyıq. Sonradan meydana çıxanlar da özlərini yaxşı tərəfdən göstərdilər. Əzmkarlıq hesabına qələbə qazandıq".
Mütəxəssis uzun müddətdir zədədən əziyyət çəkən müdafiəçi Bədavi Hüseynovun komandanın əsas futbolçularından biri olduğunu söyləyib:

"İnanıram ki, qayıdanda özünü yaxşı tərəfdən göstərəcək. Onun heyətə düşməyində özündən daha çox şey asılı olacaq".
Qurbanov hər oyunçunun qoluna sevindiyini vurğulayıb:
"Gizlətməyəcəyəm, Ramil Şeydayevin qoluna daha çox sevinirəm. Onun əzmkarlığı göz önündədir. Abbas Hüseynov isə bu qoldan sonra özünəinamı artıra bilər. Son vaxtlar futbolçulardan əzmkarlığı daha çox tələb edirəm.

İnanıram ki, bu olan yerdə nəticə olacaq. Mən onlara güvənirəm və inanıramsa, nəticə də tələb edirəm. Hər oyunda qalib gəlsək, futbolçulardan daha çox razı qalacağam”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
İdman 20:04
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol