• $
  • £

Ukrayna Rusiyanın Qara dəniz sahilindəki əraziləri vurduğunu bildirib

Ukrayna Rusiyanın Qara dəniz sahilindəki əraziləri vurduğunu bildirib
27.07.2022 16:32
Ukrayna Qara Dəniz sahilindəki ərazilərə raket zərbələri endirib. Bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb.

Hücumlar bir neçə yerə, o cümlədən Odesa ərazisi və Mikolaiv şəhərində liman infrastrukturuna edilib.

Raket zərbələri Rusiyanın Odesa şəhərinə raket hücumunun Ukrayna taxılının regiondan ixracını bərpa edilməsinə dair əldə edilən razılıqla bağlı suallar qaldırmasına səbəb olandan bir neçə gün sonra endirilib.

Britaniyanın müdafiə nazirliyi çərşənbə axşamı bildirib ki, Rusiya qüvvələri böyük ehtimalla gəmi əleyhinə raketləri onların Qara Dəniz donanması vasitəsilə Odesanı ələ keçirmək cəhdindən çəkindirə bilən ən böyük təhlükə olaraq görür.

"Rusiya Ukraynanın gəmi əleyhinə imkanlarını zəiflətmək və ya məhv etmək səylərini prioritet etməyə davam edəcək. Ancaq Rusiyanın hədəf alma proseslərinə çox güman ki, köhnə kəşfiyyat məlumatları, zəif planlaşdırma və əməliyyatlara yuxarıdan-aşağı yanaşması səbəbilə xələl gətirilir,” - Britaniyanın müdafiə nazirliyi bildirib.

Birləşmiş Millətlər Təşkilatı bazar ertəsi bildirib ki, Ukraynadan taxıl ixracları bir neçə gün içində bərpa olunmalıdır.

Ukrayna rəsmiləri deyib ki, onlar Rusiya və Ukraynanın cümə günü imzaladığı razılıqdan sonra taxıl ixraclarını bərpa etməyə çalışırlar. Kyiv Independent qəzetinin məlumatına görə, Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov deyib ki, taxıl ixracları çərşənbə günü başlayacaq.

BMT-nin sözçüsü Fərhan Haq bildirib ki, taxıl Odesa və Qara Dənizdəki digər iki limandan, Çernomorsk və Yujnıdan ixrac olunacaq "və biz gəmilərin təhlükəsiz hərəkət etməsi üçün bütün şəraitlərin olmasının təmin etmək istəyirik.”

"Bununla mütənasib olmayan hər hansı bir şey, əlbəttə ki, bu təşəbbüsün müvəffəq olması üçün faydalı deyil,” Haq deyib və baş katib Antonio Quttereş kimi Rusiyanı şənbə günü Odesaya hücum etdiyinə görə qınayıb.

Rusiya bazar ertəsi bildirib ki, Odesada hərbi obyektlərə raket hücumları taxıl ixraclarının bərpası ilə bağlı razılıqlara təsir göstərməməlidir.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, hücumlar "heç bir şəkildə taxılların ixracı üçün istifadə olunan infrastrukturla əlaqədar” deyil.

Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, "Rusiyanın İstanbulda razılaşdığı [taxıl ixracı] öhdəliklərimizdə bizim xüsusi hərbi əməliyyatımızı davam etdirməyimizin, hərbi infrastrukturu və başqa ordu hədəflərini məhv etməyin qarşısını alacaq heç nə yoxdur.”

Birləşmiş Millətlər Təşkilatı və Türkiyə Rusiyanın Qara Dənizdəki donanmasının Rusiyanın fevralında Ukraynanı işğalına başlayandan bəri blokladığı ərazilərdən təhlükəsiz keçidi təmin etməsinə imkan verən razılığa vasitəçilik edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi bildirib ki, Türkiyə Rusiya və Ukraynanın razılığa əməl etməsini gözləmir.

Reuters xəbər agentliyinin məlumatına görə, Ərdoğan TRT Haber-ə deyib ki, "Biz onların imzaladıqları razılıqlara əməl etmələrini və üzərlərinə götürdükləri öhdəliklərə müvafiq şəkildə hərəkət etmələrini gözləyirik.”

Ağ Ev bazar ertəsi hücumların Rusiyanın razılığıa riayət etmək niyyətinə şübhə saldığını bildirib.

"Biz Rusiyanın bu razılıq altındakı öhədliklərini yerinə yetirib-yetirməyəcəyini yaxından izləyəcəyik, cünki bu hücum Rusiyanın etibarlılığı ilə bağlı ciddi şübhə yaradır,” Milli Təhlükəsizlik Şurasının sözçüsü açıqlamasında bildirib.
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Dünya 23:30
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Dünya 23:13
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
Dünya 22:35
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Dünya 22:30
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
Dünya 21:20
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Dünya 14:26
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol