• $
  • £

Qarabağda yaşayan ermənilərin hüquqları Azərbaycana aid məsələdir - Hikmət Hacıyev

Qarabağda yaşayan ermənilərin hüquqları Azərbaycana aid məsələdir - Hikmət Hacıyev
13.03.2023 10:36
Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin müzakirəsi üçün beynəlxalq mexanizmin yaradılması Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalaması üçün şərt ola bilməz. Bunu bazar günü Azərbaycan Prezidentinin köməkçisi, Dövlət Başçısı Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report”a müsahibəsində deyib.

"Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyini, beynəlxalq mexanizmin yaradılmasını Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması üçün şərt kimi irəli sürmək tamamilə qəbuledilməz və təhlükəli yanaşmadır", - Hacıyev bildirib.

O vurğulayıb ki, belə bir beynəlxalq mexanizmin yaradılmasından söhbət gedə bilməz. Onun sözlərinə görə, Bakı heç vaxt bununla razılaşmayıb. Hacıyev izah edib ki, İrəvanın bu hesabla bağlı iddiaları məntiqsizdir, onlar "süni gərginlik yaratmaq” məqsədi daşıyır.

Azərbaycan prezidentinin köməkçisi əlavə edib ki, Qarabağda yaşayan erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir. Respublika konstitusiyasına və qanunlarına uyğun olaraq qərar veriləcək.
 
"Azərbaycan öz suverenliyi ilə bağlı məsələləri başqa üçüncü tərəflə, o cümlədən Ermənistanla müzakirə etməyəcək”, - deyə o, yekunlaşdırıb.
 
2023-cü ilin fevralın 16-da Paşinyan Ermənistanın Azərbaycanla sülh sazişi layihəsi üzərində işi başa çatdırdığını və onu Bakıya, eləcə də ATƏT-in Minsk Qrupu ölkələrinə göndərdiyini bəyan edib.

Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev sonuncu dəfə fevralın 18-də ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşüblər.
 
Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Ermənistan və Azərbaycan sülh sazişi layihəsinin bəzi bəndləri üzrə konsensus əldə ediblər. 
 
Fevralın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda rəsmi səfərdə olub. Səfər zamanı nazir Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla sülh müqaviləsi üzrə danışıqlar aparıb. 
 
Ceyhun Bayramov Ermənistanı sülh danışıqlarından yayındığını bildirib və Ermənistanı bir daha sülh müqaviləsi imzalaması üçün masaya dəvət edib. 
 
Martın 3-də isə Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Yenli Dehlidə səfəri zamanı görüşüb. Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsini müzakirə edib. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xameneinin müraciəti yayılıb
Cəmiyyət 23:00
Müctəba Xameneinin müraciəti yayılıb
"Əhmədli" stansiyasında sərnişin qatar yoluna düşüb
Cəmiyyət 19:23
"Əhmədli" stansiyasında sərnişin qatar yoluna düşüb
Bakı və İmişlidə yaşıllıqlara 49 min manatdan çox ziyan vurulub
Cəmiyyət 18:06
Bakı və İmişlidə yaşıllıqlara 49 min manatdan çox ziyan vurulub
DTX-nin "Bilgəh" İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib
Cəmiyyət 17:31
DTX-nin "Bilgəh" İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib
Bakıda bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 16:43
Bakıda bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə daha 700 ton taxıl göndəriləcək
Cəmiyyət 16:16
Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə daha 700 ton taxıl göndəriləcək
Kəlbəcərə dolu yağıb
Cəmiyyət 15:52
Kəlbəcərə dolu yağıb
Azərbaycanda uşaq teatrlarında tamaşaların sayı 10% azalıb
Cəmiyyət 15:45
Azərbaycanda uşaq teatrlarında tamaşaların sayı 10% azalıb
Kiberpolis qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri tutub
Cəmiyyət 15:18
Kiberpolis qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri tutub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol