• $
  • €
  • ₽
  • ₺
  • £

BP üçüncü rübdə nə qədər mənfəət əldə edib?- STATİSTİKA

BP üçüncü rübdə nə qədər mənfəət əldə edib?- STATİSTİKA
31.10.2023 12:34
British Petrolium (BP)-nin ilin üçüncü rübündə mənfəəti əvvəlki üç aylıq dövrlə müqayisədə 27 faiz artdığı halda, ötən ilin üçüncü rübü ilə müqayisədə 60 faiz azalıb. Bu barədə Azərtac məlumat yayıb.

Bildirilir ki, enerji şirkəti üçüncü rübdə 3,3 milyard dollar mənfəət əldə etdiyini və 1,5 milyard dollarlıq səhmləri geri aldığını açıqlayıb.

BP ilin yanvar-sentyabrında 10,8 milyard dollar mənfəət əldə edib. 2022-ci ilin eyni dövründə şirkətin mənfəəti 22,8 milyard dollar olub. 
 
2023-cü ilin birinci yarısında bp-nin Azərbaycandakı layihələri üzrə podratçı şirkətlər 718,5 milyon dollarlıq sifarişləri yerinə yetiriblər ki, bu da 2022-ci ilin yanvar-iyunundan  10% çoxdur.
 
2023-cü ilin yanvar-iyununda BP-Azerbaijan şirkətinin sosial layihələrin həyata keçirilməsinə layihə tərəfdaşları ilə birgə və ayrıca yatırılan vəsaitlər də daxil olmaqla ümumi investisiyaları 1,3 milyon ABŞ dolları təşkil edib.

"Azəri”, "Çıraq” və "Günəşli”nin dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Blokda neft hasilatı 1997-ci ilin noyabrında başlayıb.

Bu müqavilənin müddəti 2024-cü ildə başa çatır. Lakin 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi üzrə 2050-ci ilə qədər hesablanmış yeni müqavilə imzalanıb.

Yeni müqaviləyə əsasən bp-nin (layihə operatoru) payı 30,37%, Azərbaycan Dövlət Neft Şirkəti - 25%, Macarıstanın MOL - 9,57%, Amerikanın ExxonMobil - 6,79%, Hindistanın ONGC - 2,31%, Yaponiyanın Inpex Corp. və Itochu Oil - müvafiq olaraq 9,31% və 3,65%, Norwegian Equinor - 7,27%, Türkiyənin TPAO - 5,73%.

"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. Tərəflərin müqavilədə iştirak payı hazırda aşağıdakı kimidir: bp (operator - 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və Cenub Qaz Dehlizi QSC (21,02%)

Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin iştirakçıları  BP (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); ExxonMobil (2,5%), Itochu (3,4%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGC (2,36%) şirkətləridir.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
İqtisadiyyat 12:26
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
İqtisadiyyat 11:13
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
İqtisadiyyat 10:58
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb


Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:14
Dünya bazarlarında neft ucuzlaşıb
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol