• $
  • €
  • ₽
  • ₺
  • £

Əhalinin banklardakı əmanətləri 17,5% artıb

Əhalinin banklardakı əmanətləri 17,5% artıb
31.10.2023 23:50
1924-cü il oktyabrın 31-də İtaliyanın Milano şəhərində keçirilən 1-ci Beynəlxalq Əmanət Bankı Konqresi (Dünya Əmanət Bankları Cəmiyyəti) zamanı italiyalı professor Filippo Ravizza konqresin sonuncu gününü  "Beynəlxalq Əmanət Günü” elan etməyi təklif edib.  

Ümumdünya Əmanət Günü və ya Ümumdünya Qənaət Gününü təsis etməkdə məqsəd bütün dünyada insanları öz pullarını döşəklərinin altında deyil bankda saxlamaq ideyası haqqında məlumatlandırmaq olub. 
 
Bu tarix Azərbaycanda ilk dəfə Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü ilə 2012-ci ildə qeyd edilib. 

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 17,5 faiz artaraq 2023-cü il avqustun 1-nə milli valyuta ekvivalentində 12 milyard 705,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin bldirdiyinə görə, əmanətlərin 63,6 faizi milli, 36,4 faizi xarici valyutada qoyulub. Ötən illə müqayisədə milli valyutada qoyulmuş əmanətlər 24,2 faiz, xairici valyutada qoyulmuş əmanətlərin məbləği isə 7,3 faiz artıb.
 
Bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov qeyd edir ki, əhalinin banklardaki əmanətlərinin artması əsasən milli valyutanın sabit qalması ilə əlaqədır.
 
"Banka qoyulan əmanətlərin məbləğinin artmasının əsas səbəbi milli valyutanın sabit olması ilə əlaqədardır. Hamı başa düşür ki, devalvasiya təhlükəsi yoxdur, milli valyutamız sabitdir. Buna görə də xüsusilə milli valyutayla bağlı əmanətlər daha çox qoyulur. Eyni zamanda faizlər çoxdur – 10-12% təşkil edir. Banklara yalnız Azərbaycanda yaşayanlar deyil, eyni zamanda Rusiyadan və digər ölkələrdən gələn azərbaycanlılar əmanətlərini burada banka qoyurlar”, - Həsənov deyib.
 
Ekspert bildirir ki, hər bir kəsin 100 min manata qədər əmanəti qoruna, sığortalı əmanətdir.
 
"Əmanətlərin sığortalanma Fondu bank bağlanandan sonra 1 ay ərzində əmanətləri kompensasiya edir, qaytarır. İyula qədər bu müddət 3 ay idi, indi isə 1 aydır. Bu da vətəndaşların banklara olan əminlik hissini artırır”, - o vurğulayıb.
 
Aygün Mirakif



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
İqtisadiyyat 12:26
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
İqtisadiyyat 11:13
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
İqtisadiyyat 10:58
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb


Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:14
Dünya bazarlarında neft ucuzlaşıb
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol