• $
  • €
  • ₽
  • ₺
  • £

BTC-nin əməliyyat xərclərinə təxminən 111 milyon dollar vəsait xərclənib

BTC-nin əməliyyat xərclərinə təxminən 111 milyon dollar vəsait xərclənib
02.11.2023 13:12
2023-cü ilin ilk üç rübündə Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) üzrə əməliyyat xərclərinə təxminən 111 milyon dollar vəsait xərclənib. Bu barədə BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin 9 ayının nəticələrinə dair dərc etdiyi hesabatda bildirilib.
 
Məlumata görə, Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) üzrə əməliyyat xərclərinə təxminən 86 milyon dollar, əsaslı xərclərə isə 25 milyon dollar vəsait xərclənib 

2022-ci ildə BTC boru kəməri ilə vurulan neftin həcmi 29 milyon 749,6 min ton (artım 12,6%), o cümlədən 5 milyon 103,9 min ton tranzit neft (artım 41,8%) təşkil edib.

Hazırda BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən  neft və "Şahdəniz” yatağından çıxarılan qaz kondensatı, həmçinin SOCAR nefti nəql edilir. 

BTC neft kəmərinin uzunluğu 1768 min kilometrdir ki, bunun 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1076 kilometri Türkiyədən keçir. Kəmərin ötürmə qabiliyyəti ildə 50 milyon tondan artıqdır.

BTC Co.-nun səhmdarları. bunlardır BP (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGCVidesh (2,36%) şirkətləridir.

Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
İqtisadiyyat 12:26
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
İqtisadiyyat 11:13
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
İqtisadiyyat 10:58
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb


Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:14
Dünya bazarlarında neft ucuzlaşıb
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol