• $
  • €
  • ₽
  • ₺
  • £

Qəzzada atəşkəs iki gün uzadılıb

Qəzzada atəşkəs iki gün uzadılıb
27.11.2023 21:23
İsrail və  Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında humanitar atəşkəsin daha iki gün uzadılması barədə razılığa gəliblər. Bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.



"Qətər Dövləti davam edən vasitəçiliyin bir hissəsi olaraq Qəzza zolağında humanitar atəşkəsin daha iki gün uzadılmasına dair razılıq əldə olunduğunu elan edir”, -  o bildirib.

Bundan əvvəl  Fələstin İsrail və HƏMAS-ın humanitar atəşkəsi uzatmağa yaxın olduğunu açıqlamışdı.

Noyabrın 22-də İsrail Qəzza zolağında saxlanılan girovları azad etmək üçün HƏMAS ilə razılaşmanı təsdiqləyib. Razılaşmaya əsasən, dörd günlük atəşkəs elan ediləcək və bu müddət ərzində HƏMAS 50 qadın və uşağı azad edəcək. Bundan əlavə, Qırmızı Xaç nümayəndələrinə lazımi tibbi yardım göstərmək üçün qalan girovlara baş çəkməyə icazə veriləcək . İsrailin BMT- dəki daimi nümayəndəsi Gilad Erdanın bildirdiyi  kimi, fasilə bitdikdən sonra İsrail Fələstin anklavındakı problemləri həll etməyə davam edəcək. Tərəflərin atəşkəsi noyabrın 24-də işə başlayıb.

Britaniyalı hərbi analitik və Kral Müdafiə Araşdırmaları İnstitutunun keçmiş direktoru Maykl Klark bildirib ki, İsrail girovların azad edilməsi ilə bağlı razılaşmanı HƏMAS -a qarşı davam edən əməliyyatdan əvvəl qoysa, İsrail müharibəyə nəzarəti itirmək riski ilə üzləşəcək .

Bundan əvvəl İran HƏMAS-la münaqişə ilə bağlı İsrailə tələb irəli sürüb .
 
Oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
 
Aytac
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada hökumətə qarşı etirazlar: Nitsada toqquşmalar başlayıb
Dünya 23:29
Fransada hökumətə qarşı etirazlar: Nitsada toqquşmalar başlayıb
Hindistanda dini bayram zamanı izdihamda 17 nəfər ölüb
Dünya 23:03
Hindistanda dini bayram zamanı izdihamda 17 nəfər ölüb
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
Dünya 22:23
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
Dünya 20:53
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
Moskva hava limanlarında 100-dən çox reys gecikib
Dünya 19:15
Moskva hava limanlarında 100-dən çox reys gecikib
Pakistanın qərbində 5,6 maqnitudalı zəlzələ olub
Dünya 10:55
Pakistanın qərbində 5,6 maqnitudalı zəlzələ olub
Əraqçi İraqa səfərə gedib
Dünya 10:10
Əraqçi İraqa səfərə gedib
İstanbulda sel nəticəsində ölənlərin sayı 5-ə çatıb
Dünya 09:08
İstanbulda sel nəticəsində ölənlərin sayı 5-ə çatıb
Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Dünya 08:30
Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol