• $
  • €
  • ₽
  • ₺
  • £

Putin və Rəisi nəyi müzakirə edib?

Putin və Rəisi nəyi müzakirə edib?
19.03.2024 15:09
Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə beynəlxalq gündəmi, xüsusən də Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə edib. Bu barədə martın 19-da Kremlin rəsmi saytı məlumat yayıb.

"Hər iki tərəf mülki əhali arasında itkilərin sayının artması və Qəzza zolağında humanitar vəziyyətin fəlakətli şəkildə pisləşməsi ilə bağlı ciddi narahatlığını ifadə edib”, - məlumatda ildirilib. 

Telefon danışığında ölkə liderləri həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS çərçivəsində gələcək koordinasiya haqqında razılığa gəliblər.

Tərəflər ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi və böyük investisiya layihələrini müzakirə edib. 

Bundan əlavə, İbrahim Rəisi Vladimir Putini yenidən Rusiya Federasiyasının prezidenti seçilməsi münasibətilə ürəkdən təbrik edib.
 
İran lideri Rusiya-İran dostluq münasibətlərinin iki ölkə xalqlarının rifahı naminə bundan sonra da dinamik şəkildə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Rusiya lideri öz növbəsində İranın Ali Rəhbəri Seyid Əli Xamneyiyə xoş arzularını çatdırıb və müsəlmanların müqəddəs Ramazan ayı və baharın gəlişi Novruz bayramının başlanması münasibətilə İran xalqını təbrik edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Dünya 13:30
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
Dünya 09:27
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol