• $
  • €
  • ₽
  • ₺
  • £

NATO ölkələri Ukrayna ilə bağlı razılığa gəlib

NATO ölkələri Ukrayna ilə bağlı razılığa gəlib
19.04.2024 23:46
NATO müttəfiqləri Ukraynaya hava hücumundan müdafiəni gücləndirməyə kömək etməyə razılaşıblar.Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna-NATO Şurasının yekunlarına dair mətbuat konfransında məlumat verib.
 

Baş katibin sözlərinə görə, Şuranın iclasında iştirak edən Ukrayna Prezidenti Volodimir Zelenski müttəfiqləri döyüş meydanındakı vəziyyət və Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyin zəruriliyi barədə məlumatlandırıb.
 
"NATO-nun müdafiə nazirləri hava hücumundan müdafiəni gücləndirmək də daxil olmaqla, daha çox hərbi dəstək verməyə razılaşıblar. NATO Alyans daxilində mövcud imkanların siyahısını hazırlayıb və buna görə də mən hava hücumundan müdafiə sistemləri ilə bağlı yeni açıqlamalar gözləyirəm. Bunlar yaxın gələcəkdə Ukraynanın müdafiə qabiliyyətini artıracaq”, - deyə Stoltenberq bildirib.
 
O, Almaniyanın əlavə "Patriot” hava hücumundan müdafiə sistemini Ukraynaya ötürmək qərarını alqışlayıb. Baş katibin qeyd etdiyi kimi, müttəfiqlər "Patriot”la yanaşı, SAMP-T zenit-raket kompleksini də ötürə bilərlər.
 
Mövcud sistemləri olmayan bir çox müttəfiqlər onları Ukrayna üçün əldə etmək məqsədilə maliyyə dəstəyi verməyi təklif ediblər.
 
"Biz təkcə hava hücumundan müdafiəni müzakirə etmədik. Müdafiə nazirləri, həmçinin Ukraynanın digər ehtiyaclarını, o cümlədən 155 mm-lik mərmilər, uzaq mənzilli imkanlar və dronları müzakirə ediblər. Hər bir NATO müttəfiqi nə təmin edəcəyinə özü qərar verəcək. Bir sıra müttəfiqlər görüş zamanı konkret öhdəliklər götürüblər və indi töhfələri yekunlaşdırırlar. Mən gözləyirəm ki, bu, tezliklə elan olunacaq", - deyə baş katib əlavə edib.
 
Rusiya işğalçılarının Ukraynaya raket və dron hücumlarını intensivləşdirməsindən sonra Prezident Volodimir Zelenski Kiyevin Ukrayna-NATO Şurasının iclasını çağıracağını açıqlamışdı.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Dünya 13:30
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
Dünya 09:27
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol