• $
  • €
  • ₽
  • ₺
  • £

İmişlidə bayraq qalmaqalı böyüyür - İcra hakimiyyəti araşdırırmı?/Video

İmişlidə bayraq qalmaqalı böyüyür - İcra hakimiyyəti araşdırırmı?/Video
13.05.2025 14:38

 İmişli rayonunda 9 May Qələbə Günü münasibətilə keçirilən tədbirdə Azərbaycan bayrağı ilə yanaşı, keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) bayrağı da divara sancılıb. Hadisə rayon Ağsaqqallar Şurası tərəfindən təşkil olunan tədbirdə baş verib.

Bayrağın divara sancıldığını əks etdirən video və fotoşəkillər Şuranın sosial şəbəkə hesablarında yayılıb və ictimai qınağa səbəb olub.

İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev Anews.az-a bildirib ki, məsələ ilə bağlı hazırda araşdırma aparılır.

Tədbirin təşkilatçısı, İmişli Ağsaqqallar Şurasının sədri Saleh Səmədov baş verənləri təsdiqləyərək bildirib ki, bununla bağlı icra hakimiyyətindən ona heç bir xəbərdarlıq olunmayıb.

O, SSRİ bayrağının asılmasını belə izah edib:

"Bu müharibənin simvoludur. Orada atalarımız,babalarımız döyüşüb. Buna görə də o bayrağı asmışıq. Biz SSRİ dövründə yaşamışıq və bununla bağlı bir keçmişimiz var", - o bildirib. 

SSRİ-yə aid bayrağı haradan əldə etmisiz sualına cavabında  isə Səmədov bildirib ki, Azərbaycanda SSRİ bayrağını istənilən yerdən almaq olar. 

O həmçinin SSRİ bayrağını sancmalarını o dövrün nostaljisindən irəli gəldiyini də vurğulayıb. 

Ağsaqqallar Şurası sonradan yaydığı açıqlamada tədbirdə bir sıra şəxslərin — o cümlədən Azərbaycan Rus İcmasının birinci müavini Dmitri Yakovlevin, Rus Mədəniyyət Mərkəzinin direktoru Qalina Yakovlevnanın və digər yerli nümayəndələrin çıxış etdiyini bildirib. Onlar çıxışlarında faşizm üzərində qələbəni xatırladaraq, iştirakçıları 80 illik yubiley münasibətilə təbrik ediblər.

Bu il Prezident İlham Əliyev Moskvada keçirilən ənənəvi Qələbə Paradında iştirak etməyib. Yerli mediada bu qərar Rusiya tərəfindən Azərbaycan təyyarəsinin vurulması və cəzasız qalan günahkarlar, Rusiya tərəfindən Azərbaycan mediasına qarşı kiberhücumlar və millət vəkili Azər Badamovun Rusiyadan deportasiyası ilə əlaqələndirilib.

Azərbaycanın Qələbə Paradında iştirakını isə yalnız 80 nəfərlik hərbi heyət təmin edib — bu da Azərbaycanın müstəqillik və suverenliyə verdiyi önəmin bir simvolu kimi qiymətləndirilir.

Gülnar Nazimqızı 

o

Oxşar xəbərlər
Oxşar xəbərlər
Lənkəranda zəlzələ olub
Cəmiyyət 16:10
Lənkəranda zəlzələ olub
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq
Cəmiyyət 15:41
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq
Qubad İbadoğlu üzərində polis nəzarəti ləğv edilib, o, Almaniyaya gedib
Cəmiyyət 15:27
Qubad İbadoğlu üzərində polis nəzarəti ləğv edilib, o, Almaniyaya gedib
Bağçaya növbəsi çatan valideyndən 100 manat tələb olunur - İDDİA
Cəmiyyət 14:44
Bağçaya növbəsi çatan valideyndən 100 manat tələb olunur - İDDİA
Həkim qəbuluna onlayn növbə üçün ödəniş tələb olunur?- Rəsmi açıqlama
Cəmiyyət 14:18
Həkim qəbuluna onlayn növbə üçün ödəniş tələb olunur?- Rəsmi açıqlama
Bakının bir sıra küçələrində bu gündən hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 13:36
Bakının bir sıra küçələrində bu gündən hərəkət məhdudlaşdırılacaq
İqtisadçı-ekspert Pərviz Heydərov 54 yaşında vəfat edib
Cəmiyyət 13:30
İqtisadçı-ekspert Pərviz Heydərov 54 yaşında vəfat edib
Sabah rayonlara yağış yağacaq - proqnoz
Cəmiyyət 12:52
Sabah rayonlara yağış yağacaq - proqnoz
Azərbaycanda ürək xəstəliklərindən ölənlərin sayı artıb- STATİSTİKA
Cəmiyyət 12:35
Azərbaycanda ürək xəstəliklərindən ölənlərin sayı artıb- STATİSTİKA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol