• $
  • €
  • ₽
  • ₺
  • £

İran rəsmiləri ABŞ-ın nüvə obyektlərinə zərbələrini gözləniləndən zəif adlandırıb

İran rəsmiləri ABŞ-ın nüvə obyektlərinə zərbələrini gözləniləndən zəif adlandırıb
30.06.2025 08:54

The Washington Post qəzetinin ABŞ kəşfiyyat mənbələrinə istinadən yazdığına görə, İran rəsmiləri son ABŞ zərbələrinin ölkənin nüvə infrastrukturuna gözlənildiyindən daha az ziyan vurduğunu bildiriblər.

Məlumata görə, telefon danışıqları zamanı iranlı rəsmilər prezident Donald Trampın əmri ilə həyata keçirilmiş hücumların niyə bu qədər məhdud effektlə nəticələndiyini müzakirə ediblər.

Ağ Evin mətbuat katibi Karolayn Livitt bu məlumatı “kontekstdən çıxarılmış sızma” adlandırıb.

“Adsız İran rəsmilərinin dağıntıların altındakı vəziyyəti bildiyini düşünmək absurddur. Onların nüvə proqramı məhv edilib,” –  o qeyd edib.

CNN-in daha əvvəl yaydığı məlumata əsasən, ABŞ kəşfiyyatının ilkin qiymətləndirməsi zərbələrin İranın əsas nüvə komponentlərini məhv etmədiyini, yalnız nüvə bombası hazırlığını bir neçə ay ləngitdiyini göstərib.

Pentaqon bu nəticələrin “aşağı etimadla” verildiyini bildirib.

25 iyunda Tramp və müdafiə naziri Pit Hegseth bəyan ediblər ki, Fordo, Natanz və İsfahan obyektləri “praktiki olaraq xəritədən silinib”.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol