• $
  • €
  • ₽
  • ₺
  • £

Dronlar Rostov vilayətini və Moskvaətrafı əraziləri vurdu, ölən var

Dronlar Rostov vilayətini və Moskvaətrafı əraziləri vurdu, ölən var
04.07.2025 11:57

Rusiya hakimiyyəti gecə saatlarında Rostov vilayəti və Moskva yaxınlığındakı Serqiyev Posad rayonuna dron hücumlarının baş verdiyini bildirib. Hücum nəticəsində bir qadın həlak olub, yaşayış obyektlərinə ciddi ziyan dəyib.

Rostov vilayətinin icra başçısının səlahiyyətlərini icra edən Yuri Slyusar bildirib ki, Azov şəhərində avtomobillər və mənzillər zədələnib, dronun qalıqları yerli stadionun ərazisinə düşüb.

Dələtinka qəsəbəsində çoxmərtəbəli binaya dronun düşməsi nəticəsində bir qadın həyatını itirib, bina sakinlərindən 20 nəfər təxliyə olunub.

Serqiyev Posad şəhərinin meri Oksana Eroxaovanın sözlərinə görə, “Zvezdoçka” mikrorayonunda bir neçə partlayış baş verib, elektrik yarımstansiyası zədələnib. Sakinlər səhər saatlarında dron səsləri eşitdiklərini bildiriblər.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, hava hücumundan müdafiə sistemləri gecə ərzində 48 Ukrayna dronunu vurub. Onlardan 26-sı Rostov, 12-si Kursk, 6-sı Belqorod, 3-ü Orlov və 1-i Lipetsk vilayəti üzərində məhv edilib.

Ukrayna hələlik insidentə münasibət bildirməyib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol