• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna Trampın “17 Patriot” vədini dəqiq anlamayıb

Ukrayna Trampın “17 Patriot” vədini dəqiq anlamayıb
16.07.2025 08:43

ABŞ-ın  prezidenti Donald Trampın Ukraynaya 17 ədəd Patriot zenit-raket kompleksi göndəriləcəyinə dair bəyanatının dəqiq mənası Kiyevə hələ də məlum deyil. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rəis müavini Vadim Skibitski The Guardian qəzetinə bildirib.

“Biz dəqiq bilmirik, Tramp nəyi nəzərdə tutub”, –  Skibitski qeyd edib.

Onun sözlərinə görə, bu, raketlər, buraxıcı qurğular və ya bütöv batareyalar ola bilər.

Skibitski bildirib ki, bir Patriot batareyasında altı buraxıcı qurğu olur. Almaniya və Niderland tərəfindən Ukraynaya vəd olunan üç batareya ümumilikdə 18 qurğudan ibarətdir ki,  bu da Trampın səsləndirdiyi 17 rəqəminə yaxındır.

O əlavə edib ki, Ukrayna bu məsələ ilə bağlı ABŞ administrasiyasından əlavə məlumat gözləyir.

Skibitski həmçinin bildirib ki, iyulun əvvəlində Tramp və Zelenski arasında Tomahawk qanadlı raketlərinin ötürülməsi məsələsi müzakirə olunub, lakin ABŞ sonradan bu niyyətdən imtina edib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol