• $
  • £

Bakı Fond Birjası istiqrazların ticarətini tam avtomatlaşdırıb

Bakı Fond Birjası istiqrazların ticarətini tam avtomatlaşdırıb
26.08.2026 15:13

“Bakı Fond Birjası” QSC (BFB) istiqrazların ikinci bazarında əməliyyatların avtomatlaşdırılması istiqamətində işləri davam etdirir və yeni sistemin ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

BFB İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib ki, yeni funksionallıq investorlara brokerlər vasitəsilə dövriyyədə olan istiqrazları avtomatlaşdırılmış qaydada alıb-satmaq imkanı yaradacaq.

Onun sözlərinə görə, istiqrazların «clean price» və «dirty price» üzrə hesablanma qaydaları bazar iştirakçıları və Azərbaycan Kapital Bazarı Assosiasiyası ilə tam razılaşdırılıb.

«Sistem təxminən üç ay ərzində hazırlanaraq test olunacaq və ilin sonuna qədər təhvil veriləcək»- o bildirib.

Xəlilov ikinci bazarda «PAŞA Bank» və «Azərbaycan Beynəlxalq Bankı» səhmlərinin ticarət həcmlərinin və likvidliyinin qənaətbəxş olduğunu qeyd edib.

O, həmçinin rəqəmsallaşma və maliyyə savadlılığının artması fonunda xarici şirkətlərin də Azərbaycan kapital bazarına maraq göstərdiyini, hazırda ilkin məlumat mübadiləsi mərhələsində danışıqların aparıldığını diqqətə çatdırıb.

N.Təbrizli

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent neftinin qiyməti 109 dolları ötüb
İqtisadiyyat 22:57
Brent neftinin qiyməti 109 dolları ötüb
ADY: yanvar-avqustda yükdaşımalar 9% artıb
İqtisadiyyat 16:56
ADY: yanvar-avqustda yükdaşımalar 9% artıb
Azərbaycanın 8 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
İqtisadiyyat 15:29
Azərbaycanın 8 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb

Nəqliyyat xidmətləri üzrə profisit 941 milyon dollara çatıb
İqtisadiyyat 11:28
Nəqliyyat xidmətləri üzrə profisit 941 milyon dollara çatıb
Azərbaycan iqtisadiyyatına 3,6 milyard dollarlıq birbaşa xarici investisiya yatırılıb
İqtisadiyyat 11:22
Azərbaycan iqtisadiyyatına 3,6 milyard dollarlıq birbaşa xarici investisiya yatırılıb
Altı ayda xaricə 5 milyard dollarlıq birbaşa investisiya yatırılıb
İqtisadiyyat 11:16
Altı ayda xaricə 5 milyard dollarlıq birbaşa investisiya yatırılıb
İlkin gəlirlər balansının kəsiri 16% azalıb
İqtisadiyyat 11:14
İlkin gəlirlər balansının kəsiri 16% azalıb
Azərbaycana daxil olan pul baratlarının həcmi 40% artıb
İqtisadiyyat 11:11
Azərbaycana daxil olan pul baratlarının həcmi 40% artıb
Samir Nəsirov: Azərbaycanın cari əməliyyatlar balansında 4,7 milyard dollarlıq profisit yaranıb
İqtisadiyyat 11:08
Samir Nəsirov: Azərbaycanın cari əməliyyatlar balansında 4,7 milyard dollarlıq profisit yaranıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol