Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə şəhərin Babək küçəsində qeydə alınıb.
"Opel" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında park edilmiş "Opel", "Hyundai", "Toyota", "Mercedes" və "Range Rover" markalı avtomobillərə çırpılıb.
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.
Oxşar xəbərlər
Oxşar xəbərlər