• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı alimlərdən növbəti yenilik

Azərbaycanlı alimlərdən növbəti yenilik
01.01.2015 19:19
Azərbaycanlı alimlər dəniz suyundan məişət qazı əldə etməyin texnologiyasını işləyib hazırlayıblar. Bu texnologiya və müvafiq avadanlığın prototipi Bakıda "İntellektual mülkiyyət və innovasiyalar” I Respublika sərgisində nümayiş etdirilib. Azərbaycanlı alimlər Mürvət Qəribov və Əhəd Bağırov layihənin reallaşdırılmasının təşəbbüskarıdırlar.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, Ə.Bağırovun bildirdiyi kimi, yeni texnologiyadan istifadə olunmaqla alınan məişət qazı təbii qazdan 50 dəfə təmizdir, onun kaloriliyi isə iki dəfə çoxdur.

Alim qeyd edib ki, "yeni texnologiyanın üstünlüyü ondan ibarətdir ki, təbii qazın istehsalı üçün xammal tükənməzdir. Bundan başqa, istehsalatın genişləndirilməsi üçün qeyri-məhdud imkanlar mövcuddur. Yüksək faydalı iş əmsalı göstərilən metodun iqtisadi səmərəliliyindən xəbər verir". M.Qəribov bildirib ki, istehsal prosesində xammal kimi istifadə olunan dəniz suyu son nəticədə natrium hipoxlorid məhluluna çevrilir ki, ondan həm ümumi, həm də suyun dezinfeksiya edilməsi zamanı istifadə edilir.

Alim texnologiyanın patentləşdirildiyini deyib: "Məişət qazının alınması üçün bu ekoloji təmiz metod ətraf mühitin mühafizəsində və qlobal istiləşmə ilə mübarizədə mühüm rol oynayacaq. Layihə üzərində son 10 il ərzində iş aparılıb. Əvvəlcə qazın tərkibindəki karbohidrogenin səviyyəsi 1,4 faiz təşkil edirdi. Biz bu göstəricini 85 faizə yüksəltməyə nail olduq. Buna baxmayaraq, birinci metod vasitəsilə alınan məişət qazının yanma sürətinin təbii qazın yanma sürətinə bərabər olmasına baxmayaraq, bu, bizim üçün mühüm amildir. Fikrimcə, bu göstəricini 100 faizə çatdırmaq üçün bizə ən azı bir il vaxt lazım gələcək”.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol