• $
  • €
  • ₽
  • ₺
  • £

Neft bir günə 5 dollar ucuzlaşdı

Neft bir günə 5 dollar ucuzlaşdı
07.07.2015 11:22
Dünya bazarlarında neftin qiymətində kəskin ucuzlaşma qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti ötən günə nisbətdə 1 barelə görə 2,55 dollar ucuzlaşıb. Ötən gün 1 bareli 55,52 dollar olan Texas neftinin bu günə qiyməti 52,97 dollar təşkil edir.

ICE London qitələrarası birjasında Brent markalı neftin də qiymətində də kəskin ucuzlaşma müşahidə edilib. Bu növ neftin 1 bareli 4,93 ucuzlaşaraq 57,14 dollar təşkil edib.

Qərb analitikləri hesab edirlər ki, neftin sürətlə ucuzlaşmasına səbəb İranın tamamilə "qara qızıl" bazarına qayıtması və Yunanıstanın defolta yaxınlaşması, o cümlədən Avrozonadan çıxma ehtimalının olmasıdır. Hadisələr birjalar üçün neqativ məcrada davam edərsə, birjaların cavabı da adekvat olacaq və bu gedişlə, yaxın perspektivdə Brent markalı neftin qiyməti 55 dollardan da aşağı düşə bilər.

Neftin dünya birjalarında qiymətinin bir gün ərzində qəflətən ucuzlaşması İran və "altılıq” ölkələr arasında aparılan danışıqlarla da əlaqələndirilir. Dünyanın iri neft istehsalçılarından olan İranın nüvə proqramı üzrə danışıqlarda müsbət addımlar atması və yenidən bazara daxil olacağı ehtimalı da neftin qiymətin ucuzlaşdıran amillərdəndir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol