Robin Williamsın vəsiyyəti açıqlandı

20:52 | 14.11.2014
Robin Williamsın vəsiyyəti açıqlandı

Robin Williamsın vəsiyyəti açıqlandı

Bu il avqustun 11-də evində intihar edən məşhur Hollywood ulduzu Robin Williamsın vəsiyyəti açıqlanıb.

ANN.Az xəbər verir ki,  ABŞ-ın Kaliforniya ştatındakı ətindəki evində ölü tapılan məşhur aktyor Robin Williamsın vəsiyyəti oktyabrın 15-dən araşdırılmağa başlanılmışdır. Yeni açıqlanan vəsiyyətə görə, Williams mirasının üç uşağı və evlilik müqaviləsinin tələb etdiyi kimi həyat yoldaşı Susanıl Schneider arasında bölüşdürülməsini istəyib.Vəsiyyətin 2011-ci il yanvarın 31də imzalandığı deyilir. Robin Williamsın 3 övladı var - 31 yaşlı oğlu Zak, 25 yaşlı qızı Zelda və 22 yaşlı oğlu Cody.2009-cu ildə imzalanan digər sənədə görə, uşaqlar mirası mərhələli şəkildə əldə edə biləcəklər. Paylarına düşən pulun üçdə birini 21 yaşında, üçdə ikisinin yarısını 25 yaşında, geriyə qalanı hissəsini isə 30 yaşlarında. Aktyorun eyni zamanda 2011-ci il oktyabrın 22-də evləndiyi 50 yaşlı arvadı Schneiderə də "evlilik müqaviləsinə əsasən" mirasından pay buraxdığı açıqlanıb.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb