Rusiya qazına alternativ tapmaq üçün Avropaya 6-8 il vaxt lazımdır

21:27 | 16.04.2024
Rusiya qazına alternativ tapmaq üçün Avropaya 6-8 il vaxt lazımdır

Rusiya qazına alternativ tapmaq üçün Avropaya 6-8 il vaxt lazımdır

 Avropaya Rusiya qazına alternativ tapmaq üçün ən azı 6-8 il lazımdır. Bunu Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl brifinq zamanı bildirib.

"Onlar indi alternativ mənbələr axtarırlar, lakin problem qiymətdə və təklif olunan şərtlərdədir. Və bu, dərhal baş verə bilməz, ən azı 6-8 il lazımdır”, -  Knaysl Avropanın Rusiya qazına alternativ axtarırmı sualına cavab verərkən deyib.

Avstriyanın keçmiş xarici işlər naziri Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə də toxunaraq, Rusiya iqtisadiyyatının bu qədər itkiyə məruz qalmadığını qeyd edib.

"Sanksiyalar Rusiya şirkətlərini təkbaşına həll yolları axtarmağa məcbur etdi. Rusiya yenidən resursların ixracı ilə birbaşa əlaqəsi olmayan sahələrdə liderdir”, - Avstriyanın keçmiş rəsmisi bildirib.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb