Rusiyada tanınmış jurnalist öldürüldü

13:33 | 01.04.2016
Rusiyada tanınmış jurnalist öldürüldü

Rusiyada tanınmış jurnalist öldürüldü

O, bıçaq yaralarından ölüb.

Sankt-Peterburqda öz mənzilində aldığı bıçaq yaralarından ölən 54 yaşlı jurnalist Dmitri Tsilikin meyiti tapılıb. 

Oxu.Az "Fontanka.ru”ya istinadən xəbər verir ki, ilkin məlumata görə, kişi aldığı bıçaq yaralarından iki gün öncə ölüb.

Son dəfə o, qohumları ilə Riqaya getdiyi iş ezamiyyətindən sonra keçən həftənin sonunda əlaqə saxlayıb. 

Hadisə yerində Kalininsk rayonu üzrə Cinayət axtarış şöbəsinin əməkdaşları işləyir. 

Dmitri Tsilkin Leninqrad teatr, musiqi və kinematoqrafiya institutunu bitirib, səkkiz il ərzində N.P.Akimov adına komediya teatrında oynayıb. 

1990-cı illərin əvvəllərində "Ças Pik” qəzetində yazıları dərc edilirdi, daha sonra orada "Mədəniyyət və cəmiyyət” şöbəsinə rəhbərlik edib. Jurnalist, həmçinin RTR və "Beşinci kanal”da, "Exo Peterburq” radiosunda da işləyib. 2000-ci ildə bir çox nəşrlərdə, o cümlədən də "Vedomosti”, "Komersant”, "Espert”, "Profil”, "Rosbalt”, Vogue və Elle-də yazıları dərc edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti