Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycana səfərə gəlir

12:21 | 07.03.2024
Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycana səfərə gəlir

Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycana səfərə gəlir

Martın 7-də Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Azərbaycana işgüzar səfərə gəlir. Bu barədə "Report”  qurumun mətbuat xidmətinə istinadən xəbər verib.
 
Səfər çərçivəsində nazirin azərbaycanlı həmkarı, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşü gözlənilir.

Reşetnikov, həmçinin rusiyalı və azərbaycanlı sahibkarlarla görüşəcək və Rusiyaya məxsus müəssisəyə baş çəkəcək.

Qarşıdakı görüşlərdə tərəflər ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini, həmçinin birgə layihələrin təşviqi perspektivlərini nəzərdən keçirəcəklər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM