Rövnəq Abdullayev: "Qazprom"la qaz alınmasına dair danışıqlar aparılmır"

13:55 | 05.09.2016
Rövnəq Abdullayev:

Rövnəq Abdullayev: "Qazprom"la qaz alınmasına dair danışıqlar aparılmır"

SOCAR Rusiyanın "Qazprom" şirkətindən qaz alınmasına dair heç bir danışıq aparmır.
 
"APA-Economics" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
 
"Heç bir danışıq aparılmır. Bizə yataqlara vurulan texniki qaz lazım idi. Əgər biz dediyimiz şərtlərlə qaz satacaqlarsa, alacağıq. Əgər biz dediyimiz şərtlərlə satmasalar, almayacağıq. Ümumilikdə, bizim üçün qaz almaq o qədər də vacib deyil", - deyə R. Abdullayev qeyd edib.
 
Qeyd edək ki, bundan öncə "Qazprom TransQaz Mahaçqala" MMC-nin baş direktoru Aleksandr Astanin deyib ki, şirkət Azərbaycana illik 3-5 mlrd. kubmetr qazın nəqli ilə bağlı danışıqlar aparır. Onun sözlərinə görə, yaxın gələcəkdə bununla bağlı müvafiq müqavilələrin imzalanması nəzərdə tutulub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb