Rövşən Ənsari: “Mən həmişə ən çətin yolu seçirəm və axıra qədər gedirəm” MÜSAHİBƏ

18:41 | 31.08.2015
Rövşən Ənsari: “Mən həmişə ən çətin yolu seçirəm və axıra qədər gedirəm” – MÜSAHİBƏ

Rövşən Ənsari: “Mən həmişə ən çətin yolu seçirəm və axıra qədər gedirəm” MÜSAHİBƏ

Rüstəm Qasımov

Mən həmişə məndən başqa heç kimin seçməyəcəyi yolu seçirəm. Asan vasitələr mənim təbiətimə ziddir. Məhz bu ifadə bizim bugünkü qonağımız qızıl əlli, yaradıcı düşüncəli və orijinal dünyagörüşlü Rövşən Əsgərovun fəaliyyətinə aiddir.

Rövşən ən qəribə və maraqlı işlərdən biriylə - gəmi modelləri quraşdırmaqla - müxtəlif formalarda olan gəmi modellərini layihələndirmək və düzəltməklə məşğuldur. Gəmi modelləmək – həm idman, həm elm, həm də ağır zəhmətli işdir. Öz şedevrlərini o Bakının adi mənzillərindən birində yaradır. Rövşən Ənsari bizimlə müsahibəsində məşğul olduğu incəsənət növündən, həyat fəlsəfəsindən və gələcək planlarından danışıb. 
 


- Rövşən, özünüz və ailəniz barədə biraz məlumat verərdiniz.

- Mən güləş idman növü üzrə SSRİ idman ustasıyam, bir neçə qat Azərbaycan çempionuyam. İdman institunu bitirmişəm, həyat yoldaşım da bu universiteti bitirib, o, 22 il hendbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi olub. Ağır çəkili güləşçi olan qardaşım Raufla birgə xüsusi təyinatlılarda xidmət göstərmişik, diversiya qrupunun üzvü olmuşuq. Qardaşım Mədəniyyət və incəsənət universitetini bitirib, onun qrafikayla bağlı diplom işi muzeydə saxlanılır. O, iki yaşından etibarən yazıb-oxuyur. Ailəmizin digər üzvləri, nənəm və babam da yaradıcı adamlar olublar, ona görə də yaradıcılıq mənim qanımdadır.  

Gəncliyimdə əsasən peşəkar idmanla çox məşğul olduğuma görə, vaxt qıtlığından digər hobbilərlə məşğul ola bilmirdim. Yalnız peşəkar karyeramı bitirdikdən sonra gəmi modelləməsi ilə məşğul olmağa başladım.

- Bu işlə nə vaxtdan məşğul olursuz? 

- Bu işlə 10 ilə yaxındır məşğul oluram. Bu həddindən artıq çətin incəsənət növüdür, maksimal sayda detal yığmalı, maksimal dərəcədə dəqiq olmalı, çertyoşlarla işləməli və bu işlərin hamısını əllə görməlisən. Sadəcə fizikanı, kimyanı, riyaziyyatı bilmək, biraz mühəndislikdən başınının çıxması o demək deyil ki, sən gəmi modelləməsi ilə məşğul ola bilərsən. Peşəkarlar və özünü bu işə həsr edənlər gəmi modelləməsi idman növüylə məşğul ola və yarışlarda iştirak edə bilərlər. Gəmi modelləmək ustadan hərtərəflilik, rəsm çəkmək qabiliyyəti, yapışdırmaq, suvaqlamaq, mişarlamaq qabiliyyəti tələb edir. Əgər yuxarıda sadalananlardan birini bilməsən, sən sadəcə olaraq, gəmini modelləyə bilməzsən. 

- Necə oldu ki, gəmilərlə məşğul olmağa başladınız? 

- Gəmilər həmişə xoşuma gəlib. Məktəbdə rəsmxətt çox xoşuma gəlirdi. Həmişə +5 alırdım. Uşaqlığımda qonşuluqda yaşayan qoca bir kişi xatirimdədir, o qarajında gəmi modelləri düzəldirdi. Mən gündə iki dəfə idmanla məşğul olurdum. Hər məşqdən əvvəl mən onun qarşısında dayanır, gördüyü işə baxırdım. Ancaq mənim arzu və həvəsimə baxmayaraq, o işi mənə öyrətmirdi. Ancaq o, gəmiləri kustar üsulla düzəldirdi. O, çertyojlar cızmırdı, hər şeyi gözlə edirdi.  

- Sizin nəslinizdə gəmiçilik və dənizçliklə məşğul olan kimlərsə varmı? 

- Siz düz nöqtəyə basdız. Atam Əhməd Ənsari (mühəndis-energetik) 45 il Xəzər Dəniz Gəmiçilik (KASPAR) idarəsində işləyib. Elektrotonaj sexini işlətdiyindən ömrü boyu ömrü boyu gəmi toplayıb və hissələrə parçalayıb. 

- Demək, genetik yaddaş təkrar olunur. 

-  Məncə, hə. Hətta qızım Nərminə də gəmiləri toplamaqda mənə kömək edir. Cəmi 7 yaşı olmasına baxmayaraq, o, 16 yaşlı uşaqlar üçün nəzərdə tutulan "Lego” konstruksiyalarını 2 saata yığır. Ona görə də, gəmi toplamaq bizim ailəvi işimizdir (gülür). 

- Hansı gəmi modellərini toplayırsınız? 

- Bütün yaradıcı fəaliyyətim boyunca mən iki növ gəmini tam yığmışam: "Bismark” və "Batist”i. İndi məndə 3 başqa modelin hazır en kəsikləri var. Onlar üzərindəki işim yarımçıqdır. Yaxınlarda isə arbalet gəmisini yığmışam və qatar da yığmağa başlamışam.  

- Elə olubmu ki, dünyaca məşhur gəmilərin surətlərini yığmısız? 

- Gəmiləri mən sadəcə olaraq başqa masştabdakı çertyojlar əsasında hazırlayıram. Burada rəng seçimində və yaxud başqa bir şeydə fantaziya olmur. Bu, real olanın dəqiq surətidir. Məsələn, "Bismark” gəmisi 250 masştab əsasında hazırlanıb, demək bu orijinal gəmidən 250 dəfə kiçikdir. 
 


- Demək ki, sizin gəmi modelləməsi ilə bağlı hobbiniz alman döyüş gəmisi ilə başlayıb...

- Alman döyüş gəmisi "Bismark” İkinci Dünya Müharibəsininən məşhur gəmilərindən biridir. İlk alman kansleri Otto fon Bismarkın şərəfinə adlandırılan gəminin möhkəmliyi, məşğubedilməzliyi və möhtəşəmliyi insanı heyran etməyə bilməz. Bu gəmi özünün ilk hücümunda 1941-ci ilin mayında Danimarka boğazında Britan flaqmanı, "Hud” döyüş gəmisini batırıb. Bundan sonra Britan gəmiləri "Bismark”ı təqib etməyə başlayıblar, 3 sutka davam edən təqibdən sonra alman gəmisi batıb. Ancaq belə söhbətlər gəzir ki, "Bismark”ın kapitanı gəmi ələ keçməsin deyə, özü gəmini batırıb. "Bismark”ın hazırlanmasında istifadə edilən materiallar həqiqətən təəccüb doğrurur. Dənizin dibində 50 il qalsa da, o əla şəkildə qalıb. 
 


- Bəs miniatürdə siz "Bismark”ı hansı materialdan hazırlayırsınız? 

- Gəmi olduqca möhkəm ağac növündən hazırlanıb. "Bismark”ın üz materialı Venesiya ağcaqayınından hazırlanıb. Bu ağac suda bitdiyindən onun molekulyar strukturu ağaca sudan qorxmamaq funksiyası qazandırır, Rus ağcaqayınında isə belə bir keyfiyyət mövcud deyil. O, uzun illər suda qalsa da, deformasiyaya uğramayacaq, xarab olmayacaq. Bir sözlə, bu suya ən dözümlü ağac materialıdır. İkinci üz Kanada qayınağacından hazırlanıb, o, -60 dərəcə temperatura dözmək iqtidarındadır. Gəminin göyərtəsi cökədən hazırlanıb. 
 


- Bəs materialı hardan tapırsız, axı ölkəmizdə belə ağaclar yoxdur. 

- Materialları xaricdən sifariş etməyə məcburuq, əsasən İtaliyadan gətirilir,  həmçinin çertyojlar da, sxemlər də digərləri də. 

- Bəs gəminin yığılması prosesi nədən başlayır? 

- Əvvəlcə təmiz ağacdan gəminin karkası hazırlanır. Sonra korpus bürüncə boyanır və fotoaşındırma prosesi həyata keçirilir. Proseslərin hamısı əllə həyata keçirilir. Gəmi üzərində iş aparılarkən, onun müvazinəti xüsusi alətlər vasitəsilə saxlanılır ki, səhvlərdən yayınmaq mümkün olsun, iş maksimal şəkildə dəqiq alınsın. İşin dəqiq alınması üçün dəfələrlə iş yenidən başladıla bilər, məqsəd əsl sənət nümunəsinin alınmasıdır, elə-belə başdansovdu iş kimin nəyinə lazımdır ki?.. 

Sonra gəminin rənglənməsinə başlanılır. Məsələn, "Bismark”ı mən dəfələrlə rəngləmişəm, ona görə ki, ürəyim istəyən rəngi tapa bilmirdim. Uzun müddət əziyyət çəkdikdən sonra, axırda mən lazım olan rəngi seçə bildim. Detallara gəlincə, zenit quraşdırmalar, əksər döyüş hissələri ağac materialından hazırlanıb, sonra isə üz bürünclə rənglənib. Bu işi pinsentlə görmüşən. Konstruksiyanın hazırlanmasında 18 826 detaldan istifadə edilib. Gəminin uzunluğu bir metr 20 santimetrdir.  
 


- Belə döyüş gəmisinin hazırlanması nə qədər vaxtınızı alır? 

- Gəmi düzəltmək uzun və zəhmət tələb edən işdir. "Bismark” gəmisinin hazırlanmasına 5 il vaxt sərf etmişəm. 
 


- Yəqin buna görə də onun qiyməti çox bahadır. 

- Əlbəttə. Təkcə "Bismark” üçün istifadə edilən material və çertyojlara 3 min avro xərclənib. Ona görə, onun qiyməti 20 min avrodur. Mən hələ yuxusuz keçən gecələri demirəm. Bu model dünyadakı ən mürəkkəblərindən biri hesab edilir. Onu yığmaq çox çətindir. Cəmi 2.2 faiz insan onun yığılması prosesini axıracan davam etdirə bilib. Ancaq mənim işim italyan ustalarınkından daha yaxşı alınıb.  
 


Məsələn, Frankfurtda mağaza vitrinində satılan "Bismark”ın qiyməti 18.5 min avrodur. Belə bir gəmiyə sahib olmaq üçün təkcə onu almağı istəmək kifayət etmir, onun üçün sən həm də növbədə dayanmalısan. 4.5 il gözləməlisən ki, usta onu işləyib hazırlasın. 
 


- "San Covanni Batista” gəmisinin hazırlanması necə başladı bəs? 

- İş orasındadır ki, mən birincini yekunlaşdırmadan onu yığmağa girişdim. "Bismark” üzərində işləyərkən, gəmi çertyojlarının yığılmasındakı oxşarlığı fərq etdim. Onlar təkcə ustaya kömək etmir, həm də onu çaşdıra bilər...
 


- Amma axı çertyojlar və sxemlər ustaya kömək etmək üçündür. 

- Şübhəsiz ki, həm də onların köməyi çox aydındır. Ancaq elə bir an gəlir ki, usta çertyojdan ayrılmalı və öz yanaşmasını ortaya qoymalıdır. Yalnız bu halda o sona qədər işləyə bilər. Məsələn, "Bismark” üzərində işləyərkən, elə bir an gəlib çatdı ki, rənglənmə vaxtıydı, ideya cəhətdən gəmi üzərində iş başa çatmalıydı, çertyoj isə detalların başa çatması üçün bəzi işlər tələb edirdi. Ancaq rəngləyəndən sonra gəmini niyə korlayasan ki, bunu əvvəl də eləmək olardı. 

- Siz bu situasiyadan necə çıxdınız? 

- Burada dönüş nöqtəsi başladı. Qərar vermək lazım idi. Mən çox uzun müddət düşündüm, buna görə də vaxt itirməmək üçün başqa model üzərində işləməyə başladım. Bir müddət keçəndən sonra isə vəziyyətdən çıxış yolunu tapdım, işi çertyoja uyğun deyil, öz bildiyim kimi tamamladım. Mən əvvəlcə gəmidə bütün detalları qurdum, sonra isə onu rənglədim. Ona görə o məndə belə alındı! Mənə elə gəlir ki, ustaların bir çoxunun işi tamamlaya bilməməsinin səbəbi budur: çertyoja çox aludə olmaq. Yeni başlayanlar ilişə bilərlər, ancaq təcrübəlilər vəziyyətdən çıxış yolunu mütləq tapırlar...
 


- Belə çıxır ki, siz eyni anda iki gəmi üzərində işi başa çatdırdız?

- Tamamilə düzdür. "Bismark”la bağlı yaranış vəziyyətdən çıxış yolu axtararkən, Aralıq dənizi gəmisi kimi ad çıxarmış "San Covanni Batista” yelkənli gəmisinin modeli üzərində çalışmağa başladım. İtaliyanın Livorno şəhərində hazırlanan, Mediçi ailəsinin gerbi ilə üzən və korsikalı dəniz quldurlarına qarşı mübarizə aparan bu yelkənli möhtəşəm gəmidən hər zaman xoşum gəlib. 
 


- Bu model üzərində işləyərkən üzləşdiyiniz çətinlik nədən ibarət idi? 

- Çertyojlar əsasında təchizat yığmaq da müəyyən qədər çətinlik yaradır. İş orasındadır ki, gəmidəki kanatların hamısına xüsusi diqqətlə yanaşmaq lazımdır, onların hər birinin trayektoriyası var və onlar bir-birinə toxunmamalıdır. Təkcə kanatların qurulması prosesi altı ayımı aldı, çünki sadə kəndir lazım olan trayektoriyanı alındıra bilməz, ona görə də mütləq kanat lazımdır. 
 


- Gəminin dizaynı və onun materialının özəlliyi barədə məlumat verədiniz? 

- Üçdorlu, 24 topla silahlanmış gəminin modeli orijinal əsasında hazırlanıb. "Batist” gəmisi 18 qiymətli ağac növündən hazırlanıb, o xüsusi texnologiyalardan keçib və ətraf təsirlərdən maksimum siğortalanıb. Ağac materialı İtaliyadan gətirilib. Bundan başqa, gəminin konstruksiyasının qurulması üçün metal elementlərindən istifadə edilib. Bu gəmi modeli hazırlanarkən orijinalıın ən xırda detalları belə nəzərə alınıb. Məşhur İspan qaleonunun hazırlanmasına 3 il vaxt sərf olunub. Bu gəmi modelinin qiyməti 14-15 min avrodur. 
 


- Belə dəyərli eksponatları necə mühafizə edirsiz? 

- Hər bir gəmi modeli üçün dülgər mənim çertyojum əsasında masa hazırlayıb. Bir masa 7, o biri isə 8 qiymətli ağac materialından hazırlanıb. Masalar laklanmayıb, qoz yağı ilə doydurulub. Belə ağac sizə əbədi xidmət edə bilər. Xüsusi şüşədən hazırlanmış örtüyün qiyməti 500 manatdır, o gəmini tozdan və başqa təsirlərdən qoruyur. Muzeylərdə eksponatları analoji metodla qoruyurlar. 
 


- Sərgilərdə iştirak etmisinizmi? 

- Düzünü desəm, hələlik heç bir sərgidə iştirak etməmişəm. Gəmilər üzərindəki iş təzəcə başa çatıb. İki təklif almışam. İnsanlara başa salmaq çətindir ki, bu iş necə əziyyətlə başa gəlib. Sərgi keçirmək üçün 10 gəmi lazımdır, bu isə uzun illər və nəhəng əmək tələb edir. Ancaq medal qazanmağım üçün dostlarım sərgi keçirməyi məsləhət görürlər. 

- Ancaq işlərinizi italyan ustalara göstərmisiz...

- Mən gəmilərimin şəkillərini mənə çertyojlar və sxemlər göndərən italyan zavodlarına göndərmişəm. İstəyirdim onlara göstərəm ki, mən azərbaycanlıyam və italyan ustalarından daha yaxşı iş görmüşəm. Etiraf edim ki, onlar işlərimi görəndə həqiqətən heyrətlənmişdilər. 

- Yəqin bütün yaradıcı sahələrdə olduğu kimi sizin də işiniz üçün ilham lazımdır...

- Haqlısız. İlham gələndə bunu hiss edirsiz. Bu zaman bütün enerjini sərf edib, günlərlə çalışırsan. Adətən mən gecələr işləyirəm, bu zaman sakitçilik olur və mən işimə daha yaxşı köklənirəm. Səhələrin açıldığının görürsən, özün isə bu zaman öz işində olursan. İşdən ayrılmaq mümkünsüzdür. 

- Asudə vaxtınızı necə keçirirsiniz, gəmi düzəltməkdən başqa nə işlə məşğul olursuz?

- Mənim əsas hobbim gəmi düzəltməkdir. Bundan əlavə, rəsm çəkə və qobelenləri naxışlamağı sevirəm. Düzdür, çoxdandır şəkil çəkmirəm. Şəkil çəkmək elə də çətin gəlmir, mən isə çətin işləri sevirəm. 

Hazırda idmanla da məşğul olmuram. Qızım Nərminə isə akrobatika ilə məşğuldur. 

- Sizin həyat prinsipiniz nədən ibarətdir? 

- Mən həmişə, məndən başqa heç kimin seçməyəcəyi yolu seçirəm. Çətinliklərə sinə gərib axıra qədər gedirəm, ən yaxşı nəticəni göstərməyə və mənim buna qadir olduğumu sübut etməyə çalışıram. Necə deyərlər, bu dünyada mümkünsüz şey yoxdur. Mən asan yolu istəmirəm. Bu həyat prinsipini mənim təbiətim diqtə edir. 

- Bəs sizin əsas məqsədiniz nədir? 

- Mənim üçün birinci pillədə ailəmin və yaxınlarımın, dostlarımın  sağlamlığı dayanır. Uşaqları tərbiyə etmək istəyirəm. Doğru bildiyim həyatı yaşamaq və əlimin zəhmətiylə çörəyimi qazanmaq istəyirəm. 

Elm, təhsil, mədəniyyət və maarifçiliyi təbliğ edən ANN. Az xəbər portalı ictimaiyyətimizdə baş verən mədəni və yaradıcı proseslərlə oxucularımızı məlumatlandırmaqda davam edir. 
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM