Rza Zərrab haqqında həbs qərarı verildi

13:30 | 21.12.2013
Rza Zərrab haqqında həbs qərarı verildi

Rza Zərrab haqqında həbs qərarı verildi

İstanbul məhkəməsi azərbaycanlı iş adamı olmaqla, 16 nəfər barasində həbs qərarı çıxardı

İstanbulda həyata keçirilən əməliyyat zamanı istintaqa cəlb olunan şəxslərdən 16 nəfər məhkəmənin qərarı ilə həbs olunub.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həbs olunanlar arasında Barış Gülər, Saleh Kaan Çağlayan, "Halkbank"-ın baş direktoru Süleyman Aslan və iş adamı Rza Zərrab da var. 

İstanbul Ədliyyə İdarəsində həyata keçirilən istintaqdan sonra məhkəməyə göndərilən və Abdullah Oğuz Bayraktar olmaqla 14 nəfər isə sərbəst buraxılıb. Bununla bərabər, onlardan yaşayış yerlərini tək etməmələri və ya ölkədən çıxmamaları üçün iltizam sənədi alınıb.

Azadlığa çıxanlar həftədə bir dəfə yaşadıqları ərazinin polis bölməsinə gedərək, yaşayış yerlərini tərk etmədiklərini bildirəcək və sənədə imza atacaqlar.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb