Saakaşvilinin Ukraynaya girişinə qadağa qoyuldu

14:23 | 24.12.2013
Saakaşvilinin Ukraynaya girişinə qadağa qoyuldu

Saakaşvilinin Ukraynaya girişinə qadağa qoyuldu

 Ukrayna Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Xidməti aralarında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin, ABŞ və Avropa Birliyi ölkələri vətəndaşlarının olduğu 36 nəfərin ölkəyə girişinin qadağan olunması barədə iqtidardakı Regionlar Partiyasının deputatı Oleq Tsarevin müraciətini təmin edib.

 APA-nın “Kommersant-Ukraina”ya istinadən verdiyi məlumata görə, deputat xarici işlər naziri Leonid Kojara və Təhlükəsizlik Xidmətini rəhbəri Aleksandr Yakimenkonun adına müvafiq müraciəti dekabrın 8-də göndərib. O bildirib ki, bəzi əcnəbi siyasi texnoloqların və etirazların təşkili üzrə mütəxəssislərin Ukraynaya səfərləri milli təhlükəsizliyə təhdid yaradır.  Siyahıda M. Saakaşvili ilə yanaşı daha 29 Gürcüstan vətəndaşının, eləcə də ABŞ-ın Con Hopkins Universitetinin elmi əməkdaşı Taras Kuzyo, tanınmış almaniyalı politoloq Andreas Umland və digər şəxslərin adları var. Gürcüstanın Ukraynadakı səfiri Georgi Zakaraşvili artıq 3 Gürcüstan vətəndaşının Ukraynaya səfərinə icazə verilmədiyini söyləyib. Onlardan biri “Rustavi-2” telekanalının jurnalisti David Kakuliyadır. Səfir bu məsələni aydınlaşdırmağa çalışdığını deyib.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb