Sahibkarlara güzəştli kreditlər verilib

20:04 | 15.11.2013
Sahibkarlara güzəştli kreditlər verilib

Sahibkarlara güzəştli kreditlər verilib

Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 40 sahibkara 529,5 min manat güzəştli kredit verilib.

ANN.Az-ın İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi 70-ə yaxın yeni iş yerinin açılmasına imkan verəcək.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3935 investisiya layihəsinin maliyyələşdirilməsinə 263,6 milyon manat güzəştli kredit verilib.

“Bu kreditlər hesabına 11 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. İndiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1522 investisiya layihəsinin maliyyələşdirilməsinə 68 milyon manat güzəştli kredit verilib. Verilmiş güzəştli kreditlər 10 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verir”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb