Səhiyyə Nazirliyinin zəlzələ məlumatı: 31 nəfər…

10:36 | 06.06.2018
Səhiyyə Nazirliyinin zəlzələ məlumatı: 31 nəfər…

Səhiyyə Nazirliyinin zəlzələ məlumatı: 31 nəfər…

Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələdə insan tələfatı qeydə alınmayıb.

Bu barədə Axar.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

Zəlzələdən sonra insanlar arasında yaranan stress və isteriya səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Yardım Şöbələrinə ümumilikdə 31 müraciət daxil olub.

Zaqatala rayonu Göyəm kənd sakini 63 yaşlı Soltan Qandaxov isə zəlzələdən həyəcanlnaraq stress keçirib. Qan təzyiqi yüksələn Soltan Qandaxov insult keçirərək vəfat edib. Qeyd edək ki, Soltan Qandaxov əvvəllər də Zaqatala rayon kardioloji dispanser qeydiyyatında olub.

Qax şəhər sakini 13 yaşlı Gülər Durmuşzadə isə zəlzələ anında qaçmaq istəyərkən yıxılıb və ayağı burxulub. Qax MRX-a yerləşdirilən Gülər Durmuşzadəyə lazımi tibbi yardım göstərilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb