Sərnişinlər niyə biletsiz yola salınır? - VİDEO

23:17 | 19.10.2016
Sərnişinlər niyə biletsiz yola salınır? - VİDEO

Sərnişinlər niyə biletsiz yola salınır? - VİDEO

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bölgələrə üz tutan sərnişinlərin çoxu bilet almadan səfərə çıxırlar.

Avtovağzaldan rayonlara gedən avtobusların çoxunda belə hala rast gəlmək mümkündür. Biletsiz gedən sərnişinlərdən niyə bilet almadıqlarını soruşduqda isə əksəriyyətinin cavabı eyni oldu.

Bəzi sərnişinlər ümumiyyətlə, biletin kassada satılmasından belə xəbərsizdirlər. Bəziləri isə kassada biletlərin gec satıldığına görə, məhz bu addımı atdıqlarını deyirlər.

Məsələyə münasibət bildirən avtovağzal rəhbərliyi bu tip problemlərin yaşanmasının səbəbini daha çox onlayn satışın həyata keçirilməməsi ilə əlaqələndirir. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev belə sürücülərin cəzalandırıldığını və hətta bəzilərinin xətdən uzaqlaşdırıldığını iddia edir.
 
ANN.AZ Xəzər Xəbər-ə istinadən süjeti təqdim edir:
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM