"Qonşumuza səs verdim!" - ANN.TV

09:58 | 24.12.2014

"Qonşumuza səs verdim!" - ANN.TV

Dünən Azərbaycanda yerli idarəetmə orqanlarına seçkilər keçirildi.

Bu il bələdiyyə seçkilərində 1607 bələdiyyə üzrə 15 035 bələdiyyə üzvü seçilməlidir.
 
Seçkilər 118 dairə üzrə keçirilib. Ermənistan tərəfindən işğal olunmuş əraziləri əhatə edən rayonların aid olduğu 7 seçki dairəsi üzrə bələdiyyə seçkiləri keçirilməyib.
 
Səsvermə 5015 məntəqədə keçirilib. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir.
 
Bələdiyyə seçkiləri üçün 37 077 namizəd qeydə alınıb. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülüb. Bunlar Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat İslahatları Partiyası və Böyük Quruluş Partiyasıdır.
 
Namizədliyi qeydə alınan 23 061 nəfərin namizədliyi özü tərəfindən, 109 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Bələdiyyələrə və bu seçkilərə münasibətiniz necədir? Bu sualla ANN.Az-ın əməkdaşları Bakı sakinlərinə üz tutub.

Aynur Məmmədova
Fəridə Alıyeva
ANN.Az
 
 
 
 
 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb