Sorğu: Böyüklərin sözünə əməl etmək lazımdırmı? - ANN TV

12:47 | 20.12.2014
Sorğu: Böyüklərin sözünə əməl etmək lazımdırmı? - ANN TV

Sorğu: Böyüklərin sözünə əməl etmək lazımdırmı? - ANN TV

Siz nə vaxtsa böyüklər tərəfindən başa düşülməməklə qarşılaşmısınızmı? Məsələn, valideynlər, qohumlar, müəllimlər sizi başa düşməyib... Düşünürük ki, bəli, həm də təkcə siz yox. "Dərsə get, ancaq beş al, camaatın uşağına bax, necə ağıllıdır, qonşunun uşağıyla oynama, o sənə yaxşı şey öyrədəmməz, rep musiqiylə məşğul olma... Get işlə" və s...

Bəzən sən heç nə deyə bilməsən də, özündən çıxırdın, arzuların ürəyində qalırdı, bu hissləri bir çoxları yaşayır, həm də dəfələrlə. Xüsusilə Azərbaycanda böyüklərin məsləhətləri tabu kimidir, sənin onlara sözsüz əməl etməyini gözləyirlər. 
 
Götürək məşhur, dahi şəxsiyyətləri, yaxşısından tutmuş, pisinə qədər. Dünya tarixində böyük izlər qoymuş bu şəxslərin bioqrafiyasını oxuyanda nəylə qarşılaşırıq? Onların demək olar ki, hamısı uşaqlıqlarında üssyankar olublar, ictimai stereotiplərə qarşı çıxıblar, öz arzularına inanıblar və inadkarcasına məqsədlərinin dalınca gediblər. 
 
Ancaq bəzən böyüklərin məsləhətləri də faydalı olur. Bakılılar bu barədə nə düşünürlər? Böyüklərin dediklərinə sözsüz əməl etmək lazımdırmı? Bu barədəki video sorğumuzu sizlərə təqdim edirik. 

Fəridə Alıyeva

Oprator: Aynur Məmmədova

ANN.Az
 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb