"Qəbələ" klubu Cavid Hüseynovla bağlı daha bir açıqlama yayıb

"Qəbələ" klubu futbolçu Cavid Hüseynovun adının Avropa Liqasının pley-off mərhələsində keçiriləcək Yunanıstan "Panatinaikos"u ilə görüşün iştirak ərizəsinə daxil edilməsi ilə bağlı açıqlama yayıb.
"Report"un məlumatına görə, klub açıqlamada məsələyə aydınlıq gətirib.
Açıqlamada deyilir: "Qəbələ" İdman Klubunun UEFA Avropa Liqasının play-off mərhələsi üçün təqdim etdiyi iştirak ərizəsində Cavid Hüseynovun adının olması ilə bağlı yaranmış anlaşılmazlığa aydınlıq gətirmək məqsədilə bildirmək istəyirik ki, iştirak ərizəsi UEFA-ya turnirin əsasnaməsinə uyğun olaraq avqustun 10-da, yəni Hüseynovla bağlı həbs qətimkan tədbiri seçilmədən öncə göndərilib".
Qeyd edək ki, Cavid Hüseynov haqqında jurnalist Rasim Əliyevin döyülməsi və sonradan xəstəxanada dünyasını dəyişməsi ilə bağlı aparılan araşdırmalar nəticəsində 3 ay həbs qətimkan tədbiri seçilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























