Uqo Loris "Tottenhem"dən ayrılmaq istəmir

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Tottenhem"in qapıçısı Loris komandadan ayrılmayacaq.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə futbolçunun özü məlumat verib:
"Tottenhem"də xoşbəxtəm. Burada məni hər şey qane edir. Ona görə də komandadan ayrılmaq niyyətim yoxdur" - deyə fransalı qolkiper bildirib.
Qeyd edək ki, 28 yaşlı qapıçı 2012-ci ildə "Lion"dan "Tottenhem"ə trasfer olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























