Dünya çempionatında ikinci qələbəmiz

Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatı davam edir.
qol.az-ın məlumatına görə, axşam proqramında rinqə çıxan ikinci boksçumuz da qələbə qazanıb.
49 kq çəkidə mübarizə aparan Rüfət Hüseynov birinci döyüşündə mərakeşli İmad Ahyouna hər üç raundda qalib gələrək mərhələ adlayıb.
Qeyd edək ki, dünya çempionatında Azərbaycanı təmsil edən digər boksçular - Elvin Məmişzadə, Tayfur Əliyev, Albert Səlimov, Pərviz Bağırov, Teymur Məmmədov və Abdulqadir Abdullayevdir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























