• $
  • €
  • ₽
  • ₺
  • £

"Bir xal qazanmağa borclu idik" – Rəşad Sadıqov

"Bir xal qazanmağa borclu idik" – Rəşad Sadıqov
14.10.2015 14:13
"Avro-2016"nın seçmə mərhələsinin son oyununda səfərdə Bolqarıstana 0:2 hesabı ilə uduzan millimizin kapitanı Rəşad Sadıqov Qol.Az-ın Sofiyaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb

"İlk hissəyə passiv başladıq. Standart vəziyyətdən buraxdığımız qol işimizi çətinləşdirdi. İkinci hissədə məşqçinin tapşırığı ilə daha aktiv oynadıq. Ancaq yenə də "ikinci mərtəbə"də rəqibə uduzduq. Ancaq ikinci hissədə pis oynamadıq. 90 dəqiqə ərzində o cür oynasaydıq, buradan qələbə ilə ayrıla bilərdik.

- Komanda kənardan həvəssiz kimi görünürdü...

- Həvəssiz deyildik, sadəcə bir qədər yorğun idik. Həmişə istədiyimiz kimi alınmır.
 
- Ümumilikdə seçmə mərhələni necə dəyərləndirirsən?

- Seçmə mərhələyə çox pis başladıq. Ancaq Prosineçkinin gəlişindən sonra həm oyunumuzda, həm də nəticələrdə yaxşılığa doğru dəyişikliklər oldu. Son iki oyundan ən az bir xal qazanmalı idik. Təəssüflər olsun ki, alınmadı. Düşünürdük ki, 2 və ya 3 xal qazanacağıq. Ən azından bir xal qazanmağa borclu idik. Ancaq bunu edə bilmədik.
 
- Matç ciddi əhəmiyyət kəsb etməsə də, bir qədər aqressiv alındı. Səncə, bu aqressivlik nə ilə bağlı idi?

- Heç bir komanda məğlub olmaq istəmirdi. Ona görə də komandalarda bir az gərginlik var idi. Ancaq alınmadı...
 
- Karyeranla bağlı son qərarı verdin?

- Yox. Danışdığımız kimi, hələ vaxt var. Moldova ilə oyuna qədər düşünüb, qərarı açıqlayacam.
 
- Yəni hələ oynamaq istəyin var?

- Yığmada oynamağı kim istəməz ki? Karyerasını bitirmiş kimdən soruşsan, o da deyəcək ki, oynamaq istəyirəm, ancaq hər şeyi düzgün dəyərləndirmək lazımdır. Çünki, bu millidir, burada oynamaq hər bir insan üçün şərəfdir. Lakin milli formanı geyinmək üçün layiqli olmalısan. Mən öz gücümü dəyərləndirib, son qərarı verəcəm. Əgər mənə ehtiyac olsa, hər zaman yığmaya kömək etməyə hazır olacam.
 
- Müdafiədə Ruslanla tandemin necə alındı?

- Pis alınmadı. İlk dəfə idi ki, Ruslanla mərkəzdə oynayırdım. Foqtsun vaxtında bir dəfə 45 dəqiqə oynamışdıq, o da bir qədər uğursuz alınmışdı. Ancaq bu dəfə pis alınmadı. Düzdür, "ikinci mərtəbədən” qollar buraxdıq. Lakin rəqibə başqa qol imkanları vermədik. Sadəcə, İtaliya da, Bolqarıstan da əllərinə düşən imkanlardan maksimum istifadə etdilər.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol