Raul futbolçu karyerasını başa vurdu

"Real"ın sabiq hücumçusu Raul Qonzales futbolçu karyerasını başa vurub.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, son olaraq "Nyu-York Kosmos"da çıxış edən ispan oyunçu dünən son matçına çıxıb. "Ottava Fury"ya qarşı oyunla Raul peşəkar futbolçu karyerasını başa vurub.
Qeyd edək ki, Raul peşəkar futbola 1994-cü ildə "Real"da başlayıb. 2010-ci ilə kimi Madrid klubunda çıxış edən 38 yaşlı oyunçu daha sonra "Şalke"yə transfer olunub.O, "Nyu-York Kosmos"dan əvvəl isə "Əl-Sədd"də oynayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























