• $
  • €
  • ₽
  • ₺
  • £

Maşallah Əhmədovun oğlu: “Atamı şərləyiblər”

Maşallah Əhmədovun oğlu: “Atamı şərləyiblər”
16.12.2015 13:51
"Atamın saxlanılması ilə bağlı proseslərdən xəbərim var. Hər şey heç də yazıldığı kimi deyil”. Bunu apasport.az saytına açıqlamasında veteran futbolçu Maşallah Əhmədovun oğlu Tərlan Əhmədov deyib.
 
Azərbaycanın tanınmış futbolçularından olan Maşallah Əhmədov Binəqədi polisi tərəfindən saxlanılıb. Bakı şəhər sakini Fəqan Cəfərov 2012-ci ildə polisə ərizə ilə müraciət edərək, ona məxsus, Binəqədi-Baksol yolunda yerləşən sexdən Əhmədovun 72 min manat dəyərində üzlük piltə götürdüyünü və pulunu ödəmədiyini bildirib. Polisə daxil olan həmin şikayət əsasında cinayət işi başlanıb. Lakin həmin cinayət işinin başlamasından 3 il keçməsinə baxmayaraq, Əhmədov pulu ödəməyib.
 
Bu il dekabrın 14-də isə Binəqədi polisinə onunla bağlı daha bir şikayət daxil olub. Bakı şəhər sakini Yusif Əzizov şikayət ərizəsində Maşallah Əhmədovun ondan 105 min manat dəyərində mərmər daşı götürdüyünü, pulunu ödəmədiyini qeyd edib. Əhmədov həmçinin Əzizovdan oğlunu işə düzəltmək adı ilə 15 min manat alıb və vədinə əməl etməyib.

Məsələ ilə bağlı qısa danışan veteran futbolçunun oğlu Tərlan Əhmədov isə ittihamları qəbul etmir. O bildirib ki, atası ilə bağlı iddialar əsassızdı: "Atamı şərləyiblər, qardaş. İstintaqın gedişini gözləyirik. Hazırda başım bu işlərə qarışıb. İstintaq başa çatdıqdan sonra daha ətraflı danışmaq olar”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol