"Monako" Əl-Şaaravidən imtina etdi

"Monako" klubu futbolçusu Stefan Əl-Şaaravidən imtina edib.
Qol.Az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, knyazlıq təmsilçisi icarə əsasında komandada çıxış edən 23 futbolçunu transfer etmək istəməyib.
Müqavilə ilə "Milan"a məxsus olan italiyalı futbolçu cari mövsüm 24 matçda meydana çıxıb. Komandalar arasındakı danışıqlara görə, Əl-Şaaravi 25 görüşdə oynayacağı təqdirdə "Monako" futbolçunu 14 milyon avroya transfer etməli idi. Lakin "Monako" Əl-Şaaravini komandada saxlamağı lazım bilməyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























